“Azərbaycan qazının Avropaya nəqli marşrutu seçilərkən tranzit tarifləri nəzərə alınacaq”
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
«İmzalanma mərasimi artıq hazır idi, hətta zala jurnalistlər də yığılmışdı. Amma müəyyən suallarda razılığa gələ bilmədik, biz o məsələlərdən keçə bilmədik deyə tranzit sazişini də başa vura bilmədik» - deyə R.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, söhbət müqavilənin hansı hüquq sisteminə uyğunlaşdırılmasından gedir: «Söhbət hüquqların fərqindən gedir - ingilis hüququ, türk hüququ və s. Bu məsələni bir günə həll etmək mümkün deyil, indi biz bu məsələni aydınlaşdırırıq».
Hazırda ARDNŞ-ın hüquqşünasları Avropada bununla bağlı məsələləri aydınlaşdırmaqla məşğuldurlar. Müqavilənin nə vaxt imzalanacağına gəlincə, R.Abdullayev bildirib ki, Azərbaycan tərəfi buna hazırdır, amma çox güman ki, imzalanma iyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkilərindən sonra baş verəcək: «Seçkidən sonra danışıqlara davam edəcəyik və inanıram ki, vaxtında çatdıracağıq. Seçki məsələləri müqavilənin imzalanmasına təsir etməyəcək».
R.Abdullayev Avropa İttifaqının «Nabucco» ilə bağlı təklif etdiyi yeniliyə də münasibətini bildirib. Xatırladaq ki, Bakıda keçirilən konfransda avropalı ekspertlər “Nabucco” layihəsinin Bakıyadək uzadılmasını təklif ediblər. ARDNŞ rəhbərinin sözlərinə görə, bütün bu məsələlər araşdırılmalıdır: «Onsuz da “Şahdəniz” layihəsi çərçivəsində Azərbaycan ərazisi ilə yeni kəmərin çəkilməsi nəzərdə tutulurdu, ona görə də baxmaq lazımdır».
R.Abdullayev qeyd edib ki, iki gün əvvəl Türkiyədə “Nabucco” layihəsi ilə bağlı razılaşmanın əldə edilməsinin Azərbaycana elə bir təsiri yoxdur: «Bu hadisə layihə iştirakçılarının bir yerə toplaşıb qərar qəbul etməsidir, onun bizə bir təsiri yoxdur. Çünki Azərbaycan tərəfi bir boruya dəstək vermək niyyətində deyil. Bir boruya dəstək vermək o deməkdir ki, ondan asılı qalırsan, ona görə də “Nabucco”ya bildirmişik ki, tariflərini təqdim et. Tariflər bizi qane etsə, biz bu layihəyə (müəyyən həcmdə qazın nəqli ilə bağlı təminat verə bilərik. Amma başqa layihələr də var. Ona görə hamısına baxmalıyıq».
ARDNŞ prezidentinin sözlərinə görə, qaz satışında tranzit tariflərinin aşağı olması böyük əhəmiyyət daşıyır: «Çünki Avropada qazın satış qiyməti hamı üçün eynidir. Tranzit qiyməti artanda qazı satan tərəfin cibindən gedir. Ona görə çalışırıq ki, daşınma xərcini maksimum azaldaq».

761