Xilasedicilərimiz 27 komanda arasında 4-cü oldu
23 may - 3 iyun 2011-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının xilasediciləri Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş 16-cı "KAZSPAS-2011" beynəlxalq yarışlarında iştirak edib.
Lent.az-ın FHN-in rəsmi saytına istinadən məlumatına görə, yarışlarda 7 ölkəni - ABŞ, Çexiya, Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən 27 komanda iştirak edib. Komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı bilik və bacarıqlarını, eləcə də insanlara tibbi yardımın göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması, fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə işləri, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş seminar-yarışlarda öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışlarda FHN-in komandası uğurla çıxış edərək dördüncü yerə layiq görülüb. Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Rusiya, Qazaxıstan və Qırğızıstandan olan komandalar layiq görülüb. Yarışlarda qalib gəlmiş komandalar kubok, fəxri fərman, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Yarışın sonunda Qazaxıstan Respublikasının fövqəladə hallar naziri Vladimir Bojko FHN-in komandası ilə görüşmüş və komandanın çıxışını yüksək qiymətləndirib.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28