Qızıl şirkətində ətraf mühit müzakirələri aparılıb
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə həyata keçirdiyi “MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf” layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlər davam edir.
MSŞT Koalisiyasının İnformasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bu layihə çərçivəsində Koalisiya Şurasının əlaqələndiricisi Qubad İbadoğlu, Şura üzvləri Sevil Yüzbaşova və Oqtay Gülalıyev, Koalisiya üzvləri Şamil Mövsümov və Dövlət Məmmədov Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin Bakı ofisində şirkətin məsul şəxsləri ilə görüşüblər.
Görüşdə şirkətin vitse-prezidenti Əbdülcabbar Əhmədov, geoloji departamentin rəhbəri Akif İsazadə, maliyyə işləri üzrə nəzarətçi Bəhruz Rüstəmov, Boliviyadan dəvət olunmuş dayanıqlı inkişaf üzrə menecer Anqel Veqa və digərləri iştirak ediblər. Görüş 5 saat davam edib. Görüşdə şirkətin Azərbaycan ərazisində göstərdiyi geoloji-kəşfiyyat işləri ilə bağlı slaydlar nümayiş etdirilib, görülmüş işlər barədə ətraflı məlumat verilib, qızıl istehsalına həsr olunmuş film nümayiş etdirilib.
Ətraf mühitin mühafizəsi üzrə menecer bu istiqamətdə şirkətin fəaliyyəti, eləcə də insan sağlamlığının qorunması yönündə görülmüş işlərdən danışıb. Qızılın sionidlə yuyulduğu aşındırma meydançasının hazırlanmış kiçik maketinin ekoloji dayanıqlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran şirkət təmsilçisi işin daha keyfiyyətli təşkil olunması üçün mədənlər ölkəsi olan Boliviyadan mütəxəssis dəvət olunduğunu da xatırladıb.
Görüşdə şirkətin məsul şəxsləri Koalisiya üzvlərini maraqlandıran sualları da cavablandırıblar. Şirkətin vitse-prezidenti MSŞT Koalisiyası ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirib. Bu məqsədlə Koalisiyanın təkliflər hazırlamasına dair ümumi razılıq da əldə olunub. Bundan başqa, Koalisiya üzvlərinin istehsalatla və ətraf mühitin mühafizəsinin necə təşkil olunması ilə yaxından tanış olması məqsədilə iyul ayında Gədəbəyə səfərin təşkil olunması da qərarlaşdırılıb.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28