Müdafiə sənayesi kompleksi üçün kadr hazırlığına qərar verildi
Nazirlər Kabineti Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında qərar verib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiya” fakültəsinin və müvafiq kafedraların Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada yaradılmasına razılıq verilməsini nəzərdə tutur.
Təhsil Nazirliyinə tapşırılır ki, “Xüsusi texnika və texnologiya” fakültəsinin Əsasnaməsinin müəyyən olunmuş qaydada hazırlanıb təsdiq edilməsini təmin etsin, Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə “Xüsusi texnika və texnologiya” fakültəsində kadr hazırlığı aparılacaq ixtisaslar üzrə təkliflərini hazırlayıb, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə ixtisasların təsnifatına daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim etsin. Eyni zamanda Təhsil Nazirliyi Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə fakültənin müvafiq profil kafedralarının müasir tələblərə uyğun maddi-texniki bazasının yaradılması, eləcə də fakültədə tədris prosesinin təşkili və aparılması, tədris-metodiki vəsaitlərlə təmin olunması ilə bağlı məsələlərin həll edilməsi üçün tədbirlər görsün.
İqtisadi İnkişaf Nazirliyinə isə müdafiə sənayesi kompleksinin tələbatını nəzərə almaqla, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifləri əsasında müvafiq ixtisaslar üzrə dövlət sifarişi ilə Azərbaycan Texniki Universitetinin "Xüsusi texnika və texnologiya" fakültəsinə tələbə qəbulunun proqnozunu müəyyənləşdirmək tapşırılıb.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28