Türkiyədə Azərbaycan neftindən təyyarə benzini istehsal olunacaq
07 iyun 2011 16:35 (UTC +04:00)

Türkiyədə Azərbaycan neftindən təyyarə benzini istehsal olunacaq

Türkiyənin “Petkim” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yardımı ilə bu ölkədə təyyarə yanacağının istehsalına başlamağı planlaşdırır. Artıq şirkət bununla bağlı layihə də hazırlayıb.

Bakıda keçirilən Xəzər Neft-Qaz Sərgisində iştirak edən “Petkim” rəsmilərinin sözlərinə görə, hazırda Türkiyədə təyyarə yanacağının (yüksək oktanlı benzin) istehsalı həyata keçirilsə də, yerli istehsal ilbəil artan tələbatı tam ödəmir. Bu məqsədlə “Petkim” yaxın iki il ərzində təyyarə benzinin istehsalına başlamağı planlaşdırır.

“Petkim”in baş direktoru Hayati Öztürk Lent.az-a açıqlamasında deyib ki, hazırda şirkətdə əsas paya malik SOCAR-ın dəstəi ilə belə bir layihə üzərində iş gedir. Layihə reallaşdıqdan sonra “Petkim” ildə 600 min tondan 1 milyon tonadək təyyarə benzini istehsal olunacaq: “İlk növbədə bu istehsal hesabına daxili bazarı təmin etməyə çalışacağıq. Hesab edirəm ki, bu layihə başlandıqdan sonra Türkiyədə təyyarə benzininin qiymətinə də təsir göstərə biləcəyik”.

“Petkim” rəsmiləri hesab edirlər ki, təyyarə yanacağını istehsal etmək üçün ən yaxşı xammal Azərbaycan neftidir. Azərbaycan nefti çəkisinin yüngül, tərkibində kükürdün miqdarının az olması səbəbindən təyyarə yanacağı üçün dünyada ən yaxşı neft sayılır.

“Petkim”dən həmçinin bildirilib ki, iyul ayının sonu, avqustun əvvəllərində İzmirin Əliağa bölgəsində SOCAR-ın iştirakı ilə yeni neftayırma zavodunun təməli qoyulacaq. Artıq zavodun bütün icazələri alınıb və mühəndis işləri başa çatdırılıb. May ayına planlanan, lakin Türkiyədəki seçkilərə görə təxirə salınan təməlqoyma mərasimində Azərbaycan prezidentinin və Türkiyə baş nazirinin iştirakı gözlənilir.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716

Oxşar yazılar