Barak Obama: “Şərq-Qərb enerji dəhlizinin əsası Heydər Əliyevin sayəsində qoyulub”
ABŞ prezidenti Barak Obama bu gün Bakıda işə başlayan XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisinin (“Caspian Oil & Gas”) iştirakçılarına təbrik məktubu ünvanlayıb. “APA-ECONOMICS”in xəbərinə görə, məktubu sərginin açılış mərasimində ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar oxuyub.
Azərbaycan xalqını və prezident İlham Əliyevi XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisi münasibətilə təbrik edən Barak Obama məktubunda qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi və məqsədyönlülüyü nəticəsində Şərq-Qərb enerji dəhlizinin əsası qoyulub.
““Azəri”, “Çıraq”, “Günəşli” neft yataqları, Bakı-Tiflis-Ceyhan neft kəməri, “Şahdəniz” qaz yatağı və Cənubi Qafqaz qaz kəməri kimi böyük enerji layihələrinə qoyulan iri sərmayələr Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji mənfəət gətirib” - deyə məktubda bildirilir.
ABŞ prezidenti qeyd edib ki, Azərbaycanda dövlət və özəl sektor arasında uğurlu əməkdaşlıq beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə verib: “Dünyadakı ən geniş və mürəkkəb layihələrdən olan “Cənub dəhlizi” layihəsinə qoşulmaq barədə Sizin verdiyiniz qərar Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanmasına və iqtisadiyyatın inkişafına təkan verəcək”.
Məktubda qeyd olunur ki, Birləşmiş Ştatlar enerji təhlükəsizliyi və müxtəlifliyin inkişaf etdirilməsi, eyni zamanda Qafqaz regionunda sabitlik və tərəqqiyə nail olunması istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir.

675