“Nabucco” konsorsiumunun prezidenti iyunun 9-da Bakıya gələcək
04 iyun 2011 18:38 (UTC +04:00)

“Nabucco” konsorsiumunun prezidenti iyunun 9-da Bakıya gələcək

Bu barədə “APA-ECONOMICS”ə şirkətdən bildirilib.

”İyunun 8-də Kayseridə (Türkiyə) “Nabucco” layihəsi üzrə Layihəyə Dəstək Sazişlərinin rəsmi imzalanma mərasimində iştirak edəcək R.Mitçek iyunun 9-da Azərbaycana səfər edəcək. Bir günlük səfərin məqsədi Bakıda keçiriləcək Xəzər Neft-Qaz Sərgi-Konfransında iştirak etməkdir. Reynhard Mitçek həmin konfransda çıxış edəcək” - deyə, “Nabucco Gas Pipeline International GmbH.” şirkətindən bildirilib.

Qeyd edək ki, Kayseridə keçiriləcək imzalanma mərasimində “Nabucco” konsorsiumunun üzvü olan şirkətlər (OMV, MOL, “Transgaz”, “Bulgarian Energy Holding”, “Botaş” və RWE) və 5 tranzit ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) aidiyyəti nazirlikləri tərəfindən imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar