Lizinq bazarının lideri istiqrazların yerləşdirilməsini başa çatdırdı
“Unicapital” şirkətinin anderraytinqliyi ilə may ayının 24-də Qiymətli kağızlar üzrə Dövlət Komitəsində (QKDK) qeydiyyatdan keçmiş və 5 min istiqraz həcmində olan bütün buraxılış yerləşdirilmişdir. İstiqrazların dövriyyə müddəti 540 gün, hər birinin nominalı – 1 000 AZN, faiz dərəcəsi isə illik 10% təşkil edir. Yerləşdirmədən əldə olunan vəsait korporativ və pərakəndə seqmentlərdə, konkret olaraq, xırda və orta biznes seqmentində, lizinq portfelinin sonrakı artımına yönələcəkdir.
“Unileasing” şirkəti Azərbaycanda lizinq xidmətləri bazarının lideridir, məhz bu səbəbdən də təsadüfi deyildir ki, onun biznes-modeli investorlar tərəfindən dəstəklənib”, - “Unicapital”ın Baş meneceri Heydər İbrahimli belə hesab edir. Onun sözlərinə görə, emissiyanın yüksək likvidliyinin və müvəffəqiyyətlə başa çatmasının xeyrinə təkcə lizinq şirkətinin istiqrazlarına olan tələbat yox, həm də istiqrazların Bakı Fond Birjasının bir ticarət sessiyası çərçivəsində satılması dəlalət edir.
Qeyd etmək lazımdır ki, “Unileasing” ASC-nin istiqrazlarının ilk emissiyası QKDK tərəfindən 2007-ci ilin aprel ayında qeydiyyata alınmışdır. O zaman emissiyanın həcmi 700 000 AZN, hər bir istiqrazın nominal dəyəri 100 AZN, illik faiz dərəcəsi 14%, dövriyyə müddəti isə 365 gün təşkil etmişdir. Onu da xatırladaq ki, “Unileasing”in maliyyələşdirilməsində başlıca rolu şirkətin təsisçiləri, konkret olaraq, Azərbaycanın ən iri özəl banklarından biri olan “Unibank” və Avropanın nəhəng bank təsisatı – Avropa Yenidənqurma və İnkişaf Bankı oynayırlar.

671