“28 May”da daha bir stansiya tikiləcək – EKSKLÜZİV - FOTO
Tak-tak-tak…Qatar stansiyaya yaxınlaşdıqca dəmir relslərin zəif tappıltı tamamilə itir. Dərhal radioqəbuledici vasitəsilə ““Azadlıqlıq prospekti” stansiyası. Sonuncudur, hörmətli sərnişinlər, əşyalarınızı götürməyi unutmayın” elanı verilir...
Yox, sonuncu stansiya “Azadlıq” olmayacaq, cəmi bir aydan sonra 7-ci mikrorayonda – Süleyman Sani Axundov küçəsində yerləşən “Dərnəgül” metrostansiyası da açılacaq. Bakı metrosunun sayca 23-cü stansiyası olan “Dərnəgül”də əsas işlər demək olar ki, başa çatdırılıb. Bundan başqa, Moskva prospektində, yeni avtovağzalın yaxınlığında inşa ediləcək “Avtovağzal” stansiyanın da bünövrəsi üçün qazıntı işlərinə artıq başlanıb. Daha bir stansiya isə Memar Əcəminin yaxınlığında inşa olunacaq. Hələlik şərti olaraq “Cavadxan” adlanan bu stansiya gələcəkdə “Avtovağzal” stansiyası ilə birləşəcək. Bakı Metropoliteninin yaxın perspektiv üçün hazırlanmış planında “Müşfiq” stansiyasının tikintisi də var. Amma bu stansiyanın nə vaxt tikiləcəyi maliyyələşmədən asılıdır.
Bütün bunlar Bakı metrosunun yeganə qovşaq stansiyası olan “28 May” üçün həddən artıq yüklənmənin bir qədər də artacağını göstərir. Müşahidələr göstərir ki, Bakı metrosunun yeganə qovşağı olan “28 May” stansiyasında yüklənməsi nəticəsində məhz bu stansiyada sərnişinlərin hərəkəti getdikcə çətinləşir. Belə olan halda ikinci qovşaq stansiyanın tikintisi zərurəti yaranır. Əks halda, sayı 30-a çatacaq stansiyaları birləşdirən “28 May”da belə demək mümkünsə, “sərnişin düyünü” ciddi başağrısına çevrilə bilər.
Bəs, Bakı Metropoliteninin gələcək planlarında bunu nəzərə alıbmı? Yaxın illərdə metro təsərrüfatının işini asanlaşdırmaq üçün ikinci qovşaq stansiyanın tikintisi gözlənilirmi? Ümumiyyətlə, 24-25 stansiyanın yeganə qovşağı olan “28 May” artmaqda olan sərnişin yükünü daşıya biləcəkmi?
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov Lent.az-a açıqlamasında yeni stansiyaların istifadəyə verilməsi ilə “28 May”da sərnişin yükünün artdığını təsdiqləyib. Elə bu səbəbdən də “28 May” stansiyasının qovşaq xətdən ayrılmasını nəzərdə tutan yeni layihə üzərində iş gedir. Onun sözlərinə gör, layihəyə əsasən, mövcud “28 May” stansiyasına bitişik yeni stansiyanın tikintisi nəzərdə tutulur: “Biz “28 May”ı ayırmalıyıq, yəni indiki “28 May” qovşaq yox, sadəcə stansiya olacaq. Amma bunun nə vaxt reallaşacağı layihənin işlənib başa çatmasından sonra məlum olacaq”.
Elbrus Muradov deyir ki, yeni hazırlanan layihəyə uyğun olaraq, “Həzi Aslanov” - “İçərişəhər” və “Həzi Aslanov”- “Azadlıq prospekti” marşrut xətti “28 May”da kəsişmə olmadan birbaşa keçəcək. Onun sözlərinə görə, bu layihənin əsas məqsədi yeganə qovşaq olan ”28 May”ı iki hissəyə ayırmaq və bununla da həmin stansiyada həddən artıq yüklənmənin qarşısını almaqdır.
“Hazırda “28 May”da gündəlik sərnişin yükü 50 mindən çoxdur. Amma stansiya bu qədər sərnişin yükünü həzm edə bilir. “28 May” stansiyası hətta 60-70 min sərnişin də daşımaq imkanına malikdir. Bu saat “28 May”da sərnişinlərin sərbəst hərəkəti üçün elə bir problem yoxdur. Lakin məsələ burasındadır ki, qatarların gəlib-getməyi bizə əziyyət verir. Biz bütün qatarları bir qovşaqda qəbul edərkən xeyli çətinliklə üzləşirik. Ona görə də “28 May”da xətti ayırmaq məcburiyyətindəyik” – deyə, Elbrus Muradov əlavə edib.
Bakı Metropoliteninin baş mühəndisi bildirib ki, layihənin ilkin konturları artıq hazırdır və indi bu konturlar üzərində iş aparılır. Onun sözlərinə görə, layihə tam hazır olduqdan sonra təsdiq olunmaq üçün müvafiq qurumlara təqdim olunacaq. Layihə üzrə tikinti işlərinə nə vaxt başlanacağı isə bu sənəd üzərində işin tam başa çatmasından və təsdiq üçün prosedur mərhələlərin müddətindən asılı olacaq.
Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda ümumi uzunluğu 30 kilometr olan 22 stansiyası və 1 deposu var. Prezident İlham Əliyev 2008-ci il noyabrın 11-də Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı sərəncam imzalayıb. Sərəncamla “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” layihəsini hazırlamaq tapşırıb. Sənədə əsasən, qarşıdakı 20 il ərzində Bakıda metrostansiyaların sayı 68-ə çatdırılacaq.
Bakı Metropolitenində hesab edirlər ki, hazırkı tempə uyğun olaraq, eyni vaxtda 2-3 yerdə iş gedərsə, 2040-cı ilə qədər Azərbaycanda metro stansiyalarının sayının 68-ə çatdırılması reallaşa bilər. Layihəyə uyğun olaraq, əsas güc “Avtovağzal” stansiyasından sonra Xırdalana da metro xəttinin tikintisini nəzərdə tutur. Hələlik isə Bakı Metropoliteni əsas gücünü paytaxtın yeddinci mikrorayonunda yerləşən “Dərnəgül” stansiyasının tikintisinə yönəldib. Tikinti işləri indiki templə gedərsə, 2011-ci ildə ən azı 2 stansiyanın açılışı olacaq.
Eltac İsazadə

2001