Sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, 37a ünvanında Mahal Yusifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı albalı, şaftalı və qara qarağat meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edildiyi, məhsulların etiketlərində normativ sənədlərdə müəyyən olunmuş normadan artıq saxlanma temperaturu və heç bir normativ sənədə əsaslanmayan enerji dəyərinin göstərildiyi müəyyən edilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qanun pozuntuları ilə əlaqədar, albalı, şaftalı və qara qarağat meyvə nektarlarının istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, eləcə də müvafiq respetura olmadan istehsal edilmiş 1024,5 litr meyvə nektarlarının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Mahal Yusifova icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28