Sabirabadda yeni körpü tikintisinə 2 milyon manat ayrıldı
25 may 2011 19:21 (UTC +04:00)

Sabirabadda yeni körpü tikintisinə 2 milyon manat ayrıldı

Lent.az-ın məlumatına görə, sərəncamda Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq yeni körpünün tikilməsi məqsədəuyğun sayılıb.

Bu zaman Sabirabad rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zərurəti, habelə 16 min nəfərdən artıq əhalisi olan Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kənd sakinlərinin müraciətləri nəzərə alınıb.

Sərəncamda bildirilir ki, Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
# 676

Oxşar yazılar