Dünya Bankı ilə Azərbaycan İpoteka Fondu əməkdaşlıq edir
24 may 2011 16:41 (UTC +04:00)

Dünya Bankı ilə Azərbaycan İpoteka Fondu əməkdaşlıq edir

Bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti, eləcə də İkinci Yüksək Səviyyəli Foruma hazırlıq məsələləri müzakirə olunub.


Elman Rüstəmov Azərbaycanın Dünya Bankı ilə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O deyib ki, bu ilin mart ayında Dünya Bankının Vaşinqton ofisində yüksək səviyyədə keçirilən “Azərbaycan günləri” bu əlaqələrin inkişafının bariz nümunəsidir. Əsəd Aləm Azərbaycanla əlaqələrin səviyyəsindən razı qaldığını dilə gətirib. O, təmsil etdiyi təşkilatın ölkəmizin maliyyə-bank sektorunda fəaliyyətini də yüksək qiymətləndirib və bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirib. Görüşdə Dünya Bankı ilə Azərbaycan İpoteka Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi də aparılıb.


Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və əməkdaşlıq çərçivəsində indiyədək Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən 43 layihə üçün ümumilikdə 2,9 milyard dollar məbləğində vəsait ayrılıb. Azərbaycan Türkiyə və Qazaxıstandan sonra Avropa və Mərkəzi Asiya regionunda ən iri kredit portfelinə malik üçüncü ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar