Azərbaycanın müdafiə xərcləri 1,4 milyard manata çatdırılacaq
APA-nın məlumatına görə, bu barədə Milli Məclisə daxil olmuş Azərbaycanın 2011-ci il dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsində qeyd olunub.
2011-ci ildə artımla bir yerdə nəzərdə tutulan vəsaitin 1 270 857 361 manatı Müdafiə Nazirliyi, 92 932 391 manatı Dövlət Sərhəd Xidməti daxil olmaqla müdafiə qüvvələri üçün nəzərdə tutulub. Öz növbəsində, bu vəsaitdən 34 506 900 manatı əməkhaqqı və pensiya təminatına, 188 014 055 manatı ölkənin müdafiə potensialının gücləndirilməsi ilə bağlı xərclərə, 3 374 102 manatı mənzil, kommunal, kommunikasiya kimi xidmətlərdə yeni tariflərin tətbiqi ilə bağlı digər xərclərə, 49 163 227 manatı maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə yönəldiləcək. Müdafiə xərcləri bölməsi üzrə vəsaitin 88 955 665 manatı milli təhlükəsizlik tədbirlərinə, o cümlədən, 86 955,665 manatı Milli Təhlükəsizlik Nazirliyinə, 2 mln. manat bu sahədə maddi-texniki təminatın gücləndirilməsinə sərf olunacaq. Bundan başqa, müdafiə xərcləri bölməsi üzrə Müdafiə Sənayesi Nazirliyinə müdafiə sahəsində tətbiqi tədqiqatlara görə 2 326 428 manat, digər xərclər üçünsə 2 656 571 manat yönəldiləcək.
Qeyd edək ki, büdcənin müdafiə xərcləri bölməsində digər hərbiləşmiş qurumlar olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidməti büdcənin hüquq-mühafizə orqanları bölməsi üzrə maliyyələşdirilir. 2011-ci ilin büdcəsində Daxili Qoşunlar üçün 62 862 743 manat, Xüsusi Dövlət Mühafizə Xidməti üçünsə 68 300 702 manat vəsait nəzərdə tutulub.
Bundan başqa, 2011-ci il dövlət büdcəsinin xərclərində xüsusi müdafiə təyinatlı layihələr üçün əlavə olaraq 1 mlrd. 087 mln. manat vəsait nəzərdə tutulub. Bununla da Azərbaycanın ümumilikdə hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2 582 959 470 manat (3 mlrd. 270 mln. ABŞ dolları) təşkil edəcək.

600