Bakıda enerji sektorunda əməkdaşlığa dair beynəlxalq tədbir keçirilir
Bu gün Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramının Enerji Sektorunun Koordinasiyası Komitəsinin (ESKK) iclası başlayıb.
Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, ESKK elektroenerji, enerji istehsalı və tələbatı, milli və regional enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edir.
İclasda, həmçinin elektrik stansiyaların planlaşdırılması və onların fəaliyyəti kimi texniki mövzular və MARİƏ-yə üzv olan ölkələr arasında karbohidrogen ticarətin maliyyələşdirilməsi imkanları müzakirə olunacaq. ESKK-nın iclası mayın 25-də yekunlaşacaq. ESKK-nın iclasında 10 ölkənin (Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) yüksək səviyyəli hökumət rəsmiləri iştirak edirlər.
Asiya İnkişaf Bankının (AİB) Enerji Məsələləri üzrə Mütəxəssisi Levan Mltçedişvili deyib ki, enerji sektorunun təhlükəsizliyi regiondakı enerji infrastrukturunun və institutlarının balanslı şəkildə inkişaf etdirilməsi vasitəsilə həyata keçirilməlidir. Bütün fiziki və hüquqi şəxslərin zəruri həcmdə və kommersiya əsasları ilə etibarlı, maliyyə cəhətdən davamlı enerji ilə təminatı regionun enerji bazarlarının daha sıx inteqrasiyası yolu ilə olmalıdır: “ESKK-nın rolu ondan ibarətdir ki, regionun enerji sektoru ilə bağlı uzunmüddətli strategiya iqtisadi və maliyyə cəhətdən düşünülmüş sərmayə tədbirləri hesabına həyata keçirilməlidir və regiondakı bütün dövlətlərin maraqları nəzərə alınmalıdır. Biz, Azərbaycan hökumətinə bu cür vacib görüşə ev sahibliyi etdiyi üçün öz təşəkkürümüzü bildirmək istərdik”.
Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini Natiq Abbasov Azərbaycan hökumətinin MARİƏ-nin enerji əməkdaşlığı ilə bağlı təşəbbüslərini daima dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini bildirib.
Qeyd edək ki, MARİƏ 1997-ci ildə yaradılıb və AİB, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı tərəfindən dəstəklənir. MARİƏ-nin məqsədi Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığı sürətləndirməkdir. ESKK MARİƏ-nin tərkibində olan qurumdur və enerji əməkdaşlığı sahəsində fəaliyyət göstərir. Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq və ya MARİƏ Proqramı əməkdaşlıq yolu ilə inkişafı təbliğ etmək, artıma nail olmaqa və yoxsulluğu azaltmaq üçün birgə fəaliyyət göstərən 10 ölkənin tərəfdaşlıq təşəbbüsüdür.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28