Vergilər Departamenti torpaq icarəsi borclarının ödənilməsini tələb edir
Büdcə daxilolmalarının ahəngdarlığının təmin edilməsi və vergi nəzarətinin artırılması sahəsində xüsusi vacib göstərişlərdən biri də dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsinə görə icarə haqlarının qanunvericiliyə uyğun qaydada müvafiq müqavilələrdə əks etdirilməsi və bu sahədə vergi nəzarətinin təmin edilməsidir.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Vergilər Nazirliyi bu sahədə nəzarət tədbirlərini gücləndirib.
Bu ilin 1-ci rübü ərzində Bakı şəhəri üzrə torpaq icarə haqları üzrə daxilolmaların vəziyyəti təhlil edilərək dövlət mülkiyyətində olan torpaqların icarə haqqından borcu qalan ödəyicilərə xəbərdarlıq məktubları göndərilmiş və borcların ödənilməsi tələb edilib. Təkcə aprel-may aylarında 210 ödəyici tərəfindən 600 min manat vəsaitin büdcəyə səfərbər olunması təmin edilib. Bu da cari ilin 1-ci rübündə dövlət büdcəsinə ödənilmiş torpaq icarə haqqı məbləğindən 100 min manat çoxdur.
18 may 2011-ci il tarixinə torpaq icarə haqqı üzrə 288 ödəyicinin ümumilikdə 1,1 milyon manat borc məbləği ləğv edilib. Dövlət torpaq icarəsi haqqından ümumilikdə 700 min manat məbləğində borcunu ödəməyən 57 ödəyici barəsində qaldırılmış iddialar məhkəmə icraatına qəbul edilib.

735