Azərbaycana gələnlər üçün vizaları ancaq turizm şirkətləri rəsmiləşdirəcək
Həmin şirkətlər xarici vətəndaşlarla diplomatik nümayəndəliklər arasında vasitəçi rolunu oynayacaqlar.
Lent.az-ın məlumatına görə, bu, Milli Məclisdə “Ölkədən getmə, ölkəyə gəlmə və pasportlar haqqında” qanun layihəsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərin əsas üstünlüyü ondan ibarətdir ki, belə vizalar həm teleqraf poçtu, həm də elektron qaydada rəsmiləşdirilə bilir. Vizanın verilməsindən imtina edildikdə, bunun əsaslandırılmış səbəbləri göstərilməlidir. Bu halda turistlərə gediş-gəliş üçün birdəfəlik vizalar verilə bilər, bu vizalar üzrə ölkədə qalma müddəti isə 30 gün səviyyəsində müəyyənləşdirilib.
Fors-major vəziyyətlərdə (xəstəlik, müalicə, yaxın qohumların ölümü) bu müddətlər qanuna əsasən uzadıla bilər. Bu da Nazirlər Kabinetinin 2009-cu il 9 iyun tarixli əcnəbilərin gediş-gəlişi məsələsini tənzimləyən qərarında nəzərdə tutulub.
Xaricilər viza almaq üçün Azərbaycanın onların olduqları və ya üçüncü ölkədəki səfirliyinə və ya konsulluğuna təqdim etdikləri ərizələrində səfərin məqsədini və qalma müddətini göstərməlidirlər. Vizaların rəsmiləşdirilməsi “Gediş-gəliş və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Elektron qaydada təqdim olunan viza turistin pasportuna daxil edilmir, lakin sərhəd nəzarət-buraxılış məntəqələrindən keçid zamanı pasportla birgə təqdim olunur. Bu halda nəzarət buraxılış məntəqələrində turistin gəlişi zamanı olduğu kimi gedişi vaxtı da qeydiyyatı aparılır və bu, vizada qeyd edilir.
Viza verilməsi haqqında turistin ərizəsinə baxılmanın ən son müddəti ərizənin təqdim edildiyi andan 15 günədək müəyyən edilib.
Qeyd edək ki, qanuna dəyişikliklər mayın 17-si parlamentdə təsdiq olunub.
Mübariz Aslanov

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28