FHN Lənkəranda regional müşavirə keçirib
APA-nın cənub bürosunun məlumatına görə, bölgə sahibkarlarının iştirak etdiyi tədbirdə FHN-nin Cənub Regional Mərkəzinin Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Əşrəf Rəfiyev yanğın təhlükəsizliyi haqqında, həmçinin müzakirə olunan mövzu ilə bağlı hüquqi-normativ sənədlər barəsində danışıb. Daha sonra FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyevin və həmin xidmətin əməkdaşı Elçin Hüseynovun “Müəssisə və təşkilatlarda dövlət yanğın nəzarətinin təşkili”. “Yanğın təhlükəsizliyi ilə əlaqədar müəssisələrin hüquq və vəzifələri”, “Müəssisə və təşkilatlarda yanğına qarşı təbliğat işinin təşkil olunması” mövzusunda məruzələri dinlənilib.
Qeyd olunub ki, müəssisə və təşkilatlarda, habelə sahibkarlıq kollektivlərində elektrik enerjisindən və təbii qazdan istifadə zamanı yanğın təhlükəsizliyinin tələbləri pozulduğu halda dərhal FHN-nin müvafiq qurumları xəbərdar olunmalıdır. Bundan əlavə, yanğın, zəhərlənmə və partlayışın qarşısının əvvəlcədən alınması üçün təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, ticarət, ictimai iaşə obyektlərinin, yaşayış binalarının, fərdi evlərin yanğın təhlükəsizliyi daha ciddi şəkildə nəzarətə götürülməli, vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi işinin səmərəsi artırılmalıdır.
Müşavirənin sonunda sahibkarlar üçün yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən foto-slayd nümayiş etdirilib və onlara “Ticarət şəbəkələrində yanğın təhlükəsizliyi qaydaları” adlı kitabça paylanıb.

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13