Parisdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün seminar keçiriləcək
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa Senatında təşkil ediləcək tədbirdə Fransa Müəssisələri Hərəkatı, “Ubifrance” təşkilatı, Beynəlxalq İnvestisiyalar üzrə Fransa Agentliyi və Fransa Ticarət Palatası ilə yanaşı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak edəcəklər.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın iqtisadi nailiyyətləri, biznes və investisiya mühiti, eləcə də ölkəmizin ixrac imkanları ilə bağlı təqdimatla çıxış edəcək. Səfər çərçivəsində AZPROMO-nun bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

549