«Ekonomist»in növbəti sayı çapdan çıxdı
10 may 2011 11:57 (UTC +04:00)

«Ekonomist»in növbəti sayı çapdan çıxdı

«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 15 buraxılışı işıq üzü görüb. «APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında həm maliyyə bazarı, həm real sektor barədə məqalələr yer alıb. İlk dəfə olaraq Azərbaycanın hərbi sənayesi barədə geniş məqalə dərc olunur. Bundan başqa, bu sayda Azərbaycanda mərc oyunları bazarı haqqında məqalə, habelə lizinq və sığorta şirkətlərinin rüblük renkinqləri yer alıb.


Qeyd edək ki, «APA-Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 5 min tirajla, A4 formatında nəşr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar