“Amal” firması cərimələndi
06 may 2011 17:03 (UTC +04:00)

“Amal” firması cərimələndi

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 84 ünvanında “Amal” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 3,2% olan qatıqların üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, dovğa və pəhriz kəsmiyinin etiketində istehsal və son istifadə tarixlərinin göstərilməməsi, həmçinin həmin məhsulların müvafiq reseptura olmadan istehsal edilməsi səbəbindən bu firma barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə “Amal” firmasına 3,8 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978

Oxşar yazılar