Yavər Camalov Türkiyəyə sərgiyə gedəcək
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 10-13 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək “IDEF-2011” X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdiriləcək. Nazirlikdən Let.az-a verilən məlumata görə, bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
Bu sərgi qısa müddət ərzində fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca altıncı sərgidir. Bundan öncə nazirlik “IDEF-2009”, “SOFEX-2010”, “MSPO”, “AAD-2010” və “IDEX-2011” sərgilərində təmsil olunub.
İlk dəfə olaraq “IDEF-2009” beynəlxalq sərgisinə 27 adda məmulatla qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 89 adda məmulat nümayiş etdirəcək. Nazirlik “IDEF-2011” sərgisində indiyədək qatıldığı sərgilərdə nümayiş etdirdiyi məmulatlarla yanaşı pilotsuz uçan aparatlar, yeni növ atıcı silahlar və döyüş sursatlarının da nümayiş etdirilməsini nəzərdə tutur.
Sərgidə Türkiyə ilə yanaşı ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa və diğər inkişaf etmiş ölkələrdən 534 şirkətin iştirakı gözlənilir.
“IDEF-2011” sərgisi çərçivəsində nazir Yavər Camalovun Türkiyə və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərlərilə görüşü də nəzərdə tutulur.

584