Sumqayıtda abunəçilərin 54,7 faizi su sayğacı ilə təmin edilib
Sumqayıt şəhərində güzəştsiz əhalinin 54,7 faizi su sayğacı ilə təmin edilib.
Bu barədə Lent.az-a “Azərsu” Səhmdar Cəmiyyətinin Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından bildirilib. Müəssisədən verilən məlumata görə, 2009-cu il ərzində quraşdırılmış su sayğaclarının sayının 10 min ədədə çatdırılacağı nəzərdə tutulur.
İdarədən onu da bildiriblər ki, bu ilin oktyabr ayında şəhərin güzəştsiz əhalisinə 454500 manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 289500 manat dəyərində ödəniş olub ki, bu da 63,7 faiz təşkil edir.
Xatırladaq ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 67622 nəfər abonent var.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52