Noyabrda Naxçıvanda avtomobil istehsalına başlanılacaq
Noyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasında (NMR) avtomobil istehsalına başlanılacaq.
Lent.az-ın xəbərinə görə, bu barədə Naxçıvan Avtomobil Zavodunun yaydığı məlumatda deyilir.
2009-cu ilin may ayının sonunda Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "Lifan" Avtomobil Korporasiyası arasında imzalanan əməkdaşlıq sazişinə əsasən, Naxçıvanda "Lifan" minik avtomobillərinin yığımı təşkil olunacaq.
Zavodda 4 modeldə --“Lifan 620”, “Lifan 520”, “Lifan 320” və “Lifan 520-i” avtomobilləri istehsal olunacaq.
Artıq 108 avtomobilin istehsalı üçün ehtiyyat hissələri zavoda gətirlib. Gətirilmiş mühərriklərin 65-i Almaniyanın “BMW”, “qalanı isə “Lifan” firmasinın istehsalıdır. İlin sonunadək daha 108 komplektin gətirilməsi nəzərdə tutulur. Avtomobillərin yığılması üçün Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislər noyabrın birinci ongünlüyündə Naxçıvana gələcək. Zavodda çalışan yerli mütəxəssislərə 1 il ərzində yığım və istehsal prosesi izah ediləcək.
Qeyd edək ki, zavodda il ərzində 15 min avtomobilin istehsalı nəzərdə tutulur. Tələbat artarsa istehsalın da artacağı istisna edilmir.
Fariz YUNİSLİ

755