9936 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb
9 ayda 63426 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport verilib
Bu ilin oktyabrın 1-dək 6273 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 4626 filialının malik olduğu 120687 daşınmaz əmlakları barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınıb. Məlumatların dəqiqləşdirilməsi məqsədilə 9 ay ərzində 1672 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında yeni qeydiyyat vərəqələri alınıb.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Lent.az-a bildiriblər ki, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə 65639 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata götürülüb. Bunlardan 22 min 550-si ilkin, 43089-u isə təkrar qeydiyyata alınandır. Üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 14141-i fərdi yaşayış və bağ evi, 25 min 146-sı mənzil, 22400-ü torpaq sahəsi, 3290-ı qeyri-yaşayış sahəsi, 291-i əmlak kompleksi, 6-sı çoxmərtəbəli yaşayış binası, 365-i çoxillik əkmə təşkil edib.
Bundan başqa, hesabat müddətində 9936 ipoteka müqaviləsi, 529 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Bu müddət ərzində 63426 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 41597 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 45540 məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 17983 digər müxtəlif məzmunlu arayış verilib.
Hesabat müddətində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı 6486,6 min manat xidmət haqqı, 3593,9 min manat dövlət rüsumu daxil olub.
Elxan SALAHOV

854