“Slavyanka” sularının istehsalına və satışına icazə verildi
İstehsalçı şirkət nöqsanları aradan qaldırıb
Avqust ayında bağırsaq çöplərinin aşkarlanması səbəbindən istehsalı və satışı dayandırılmış “Slavyanka №1” sularına qadağa götürülüb. Artıq içməli suyun qablaşdırılması zamanı yol verilən nöqsanlar aradan qaldırılıb.
İstehsalçı şirkətdən Lent.az-a bildiriblər ki, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti “Slavyanka №1” suyunun istehsal edildiyi sexin ehtiyat çənindən və su xətlərindən nümunələr götürərək müayinə üçün laboratoriyaya göndərib. Müayinə nəticəsində su istehsalı sexinin fəaliyyəti barədə göstəriş verilməsinə dair qərar qəbul olunub. Sentyabrın 29-da xidmətə daxil olmuş laborator nəticələrdə yol verilmiş nöqsanların həqiqətən də aradan qaldırıldığı və “Slavyanka №1” sularının standart və normaların tələblərinə uyğun gəldiyi bildirilir.
Xatırladaq ki, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti “Slavyanka №1” əmtəə nişanlı suyun istehsal edildiyi Xətai rayonu, Y.Vəzirov küçəsi, 33 ünvanında fiziki şəxs Nadir İbrahimova məxsus sexin su çənindəki suyun və 4147,5 litr satışa hazır məhsulun tərkibində bağırsaq çöplərinin normadan artıq olması ilə əlaqədar bu malların məhv edilməsi barədə qərar çıxarmışdı.
Elxan SALAHOV

1258