ARDNŞ büdcəyə ödədiyi vəsaitin miqdarını açıqladı
ARDNŞ cari ilin sentyabr ayında dövlət büdcəsinə 116 milyon 965 min manat vəsait ödəyib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ötən ayla müqayisədə 18 milyon 696 min manat çox olub.
Bu ilin yanvar-sentyabr aylarında isə büdcəyə 711 milyon 670 min manat vəsait ödənib. Bundan başqa, 2009-cu ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 15 milyon 289 min manat vəsait köçürüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 329 min manat çoxdur.
Ümumiyyətlə, cari ilin ilk 9 ayında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 85 milyon 643 min manat təşkil edib.
58

1269