Azərbaycan ərzaq təhlükəsizliyi problemini həll edib
5 ildə meliorasiya və irriqasiya sisteminə ayrılan daxili investisiyalar 4,3 dəfə artıb
Hazırda Azərbaycanda kənd təsərrüfatının əsasını iki böyük sahə - bitkiçilik və heyvandarlıq təşkil edir. Ən prioritet sahə kimi bitkiçilikdə taxılçılığın, pambıqçılığın, tərəvəzçiliyin və digər sahələrin inkişafına üstünlük verilir.
Lent.az-ın məlumatına gərə, prezident İlham Əliyev “Caspian-Agro” beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırılması sərgisindəki çıxışında belə deyib. Ölkə başçısı qeyd edib ki, 2008-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun 63,1 faizi bitkiçiliyin, 36,9 faizi isə heyvandarlığın payına düşüb. Onun sözlərinə görə, 1995-ci ilə nisbətən 2008-ci ildə bitkiçiliyin xüsusi çəkisi 4,5 faiz artıb.
Azərbaycanda meliorasiya və irriqasiya sisteminin müasirləşdirilməsi istiqamətindən aparılan tədbirlərdən danışan İlham Əliyev son illər ərzində bu sahədə böyük uğurlar qazanıldığını bildirib. Dövlət başçısı qeyd edib ki, 2003-2008-ci illərdə meliorasiya və irriqasiya sisteminə ayrılan daxili investisiyalar 4,3 dəfə, bütün maliyyə mənbələri hesabına kapital qoyuluşu isə 22 dəfə artıb.
“Ölkəmizdə yerli xammaldan, təbii ehtiyatlardan və əmək resurslarından səmərəli istifadə etməklə aqrar sahənin inkişafına nail olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. “Aqrolizinq” ASC-nin fəaliyyətə başlaması, kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə güzəştli kreditlərin verilməsi, onların yeni texnikalarla təmin edilməsi nəticədə Azərbaycanda ərzaq bolluğunun yaradılmasına yol açıb” – deyə, ölkə başçısı bildirib.
Prezident onu da əlavə edib ki, Azərbaycan ərzaq təhlükəsizliyi kimi dünyanı narahat edən ciddi və qlobal problemin həllinə nail olub. Belə ki, Azərbaycan taxıla olan tələbatını tam ödəməyə müvəffəq olub.
Elxan SALAHOV

675