“Kadr Potensialının Gücləndirilməsi” layihəsi üzrə 10 milyon dollarlıq saziş imzalandı
8 milyon Dünya Bankı, 2 milyon Azərbaycan hökuməti ayıracaq
Bu gün Təhsil Nazirliyində Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə “Kadr Potensialının Gücləndirilməsi” layihəsi üzrə Maliyyələşdirmə Sazişinin imzalanmasına həsr olunmuş mərasim keçirilib.
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bildirib ki, layihənin əsas məqsədi prioritet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətinin və səmərəliliyinin artırılmasından ibarətdir.
Misir Mərdanov qeyd edib ki, layihə həm layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, həm də yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutur. Təhsil naziri layihədə fəaliyyət istiqamətlərinin əsasını təşkil edən müvafiq sektorlar üzrə mütəxəssislərin seçilməsi, treninq proqramlarının hazırlanması, treninqlərin keçirilməsi, bacarıqların qiymətləndirilməsi, müvafiq dövrdə inkişafın izlənilməsi barədə danışıb, ümumi dəyəri 10 milyon dollar olan bu layihənin 4 komponentdən ibarət olması, onun iki ay sınaq müddəti olmaqla 2010-2013-cü illəri əhatə etməsi haqqında məlumat verib.
Misir Mərdanov bildirib ki, həmin vəsaitdən 8 milyon dollar Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycana verdiyi uzunmüddətli kreditin, 2 milyon dollar isə Azərbaycan hökumətinin payına düşür. Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm öncə təmsil olunduğu qurumla Təhsil Nazirliyi arasında yüksək əlaqələrin qurulmasından, birgə reallaşdırılan tədbirlərdən söz açıb. Qonaq, həmçinin imzalanacaq layihənin mahiyyəti, onun əhatə etdiyi əsas sahələrdən də danışıb, nəzərdə tutulan tədbirlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Sonda təhsil naziri Misir Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi üzrə Maliyyələşdirmə Sazişini imzalayıblar.

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52