Dünyada ticarətin yeni üzü, iqtisadiyyatda şəffaflığın açarı – electron ticarət
Azərbaycanda hələ ki, 14 şirkət və dövlət qurumu elektron ticarət xidməti göstərə bilir
Bu gün inkişaf etmiş ölkələrdə elektron ticarət geniş yayılıb. Böyük şirkətlər, ticarət qurumları bu sahəyə xüsusi önəm verirlər. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Hansı şirkətlər, qurumlar bu elektron ticarət növündən istifadə edir, Azərbaycanda bu sahədə hansı problemdər var?
Lent.az bununla bağlı araşdırma aparıb.
Cücərtilər…
Araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycanda elektron ticarətin təşkili ilə bağlı təşəbbüsün müəllifi və bununla bağlı şirkətlərə, dövlət qurumlarına müvafiq xidməti təklif edən “SilverKey Azərbaycan” şirkətidir.
Şirkətin direktoru Fərid İsmayılzadə deyir ki, Azərbaycanda elektron ticarət yeni-yeni başlayır. Bu günə qədər Azərbaycanda bütün şirkətlər, təşkilatlar, fiziki və hüquqi şəxslər sayt yaratdıqları zaman sadəcə, məlumat xarakterli sayt yaradıblar. Saytlarda şirkət, xidmətlər haqqında oxumaq, əlaqə məlumatlarını əldə etmək mümkün olub. Ancaq bu gün dünyada şirkətlər öz müştəriləriylə münasibətlərinin 70-80 faizni saytlar vasitəsiylə qura bilir və bütün xidmətlərini internet üzərindən verə bilirlər. Yəni ödəmələri qəbul edir, onlayn xidmət göstərərir və ya məhsulunu satırlar.
2008-ci ilə qədər bu, Azərbaycanda mümkün olmayıb. Bunun ən əsas səbəbəlrindən biri internet üzərində ödəmə sistemin olmaması olub. 2008-ci il dekabrın 2-də “SilverKey Azərbaycan” şirkəti Azərbaycanda ilk dəfə olaraq “Visa” və “MasterCard ” tərəfindən xüsusi lisenziya almış “GoldenPay” adlı onlayn ödəmə sistemi qurub və bunu elan edib. Bu sistemin ən önəmli cəhəti onun təhlükəsizliyidir ki, sistem təhlükəsizlik sahəsində dünyanın ən nəhəng şirkətinin “VeriSign SSL” şifrələnməsindən istifadə edir.
Beləliklə, “SilverKey Azərbaycan” şirkəti “GoldenPay” sistemini Azərbaycanda şirkətlərə və qurumlara təqdim edib.
Onun sözlərinə görə, artıq Azərbaycanda 14 şirkətdə “ GoldenPay ” sistemi tətbiq olunur. Bu şirkətlər internet üzərindən ödəmələr qəbul edir və bəlli xidmətlərini internet üzərindən verirlər. Məsələn, “Bakı Elektrik Şəbəkə”nin bu sistemi sayəsində 10 minlərlə insan elektrik pulunu internet üzərindən ödəyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da oxşar sistemlə abituriyentlərə xidmət göstərir. TQDK-dakı ödəmə kartları artıq elektron ödəmə kartları ilə əvəzlənib. Bu da elektron ticarət növüdür, predmet isə xidmətdir. “Azərfon” şirkətindən də konturları internet üzərindən almaq olur. “sinta.az” saytını yaradanlar isə “ GoldenPay ” sistemindən yararlanaraq faktiki olaraq Azərbaycanda ilk dfə olaraq Skandinaviya auksionu təşkil ediblər: “ Bu gün Azərbaycanda internetin qarşısında oturub “topşops.az”, “aromat.az” saytlarına da daxil olub, insanlar istədikləri malı seçib onu əldə edə bilirlər. Onlayn formasında da ödəmə xidməti göstərən şirkətlərimiz var. “Bestkompt, “NLT Telekom”, “NLİNK”, “NEXUS”, kimi elektron mağazalarda isə həm də kartla da ödəmək mümkündür”.
Beləliklə, Azərbaycanda artıq elektron ticarət var, amma bu, yüksək səviyyədə deyil. Fərid İsmayılzadənin təbirincə yanaşsaq, bunlar cücərtilərdir. Onun qənaətinə görə, 3-5 il vaxt lazım olacaq ki, elektron ticarət Azərbaycanda yüksək səvtyyədə inkişaf etsin.
Əsassız və əsaslı problemlər
“SilverKey Azərbaycan” şirkətinin direktoru bildirdi ki, problemlər var, ancaq bunlar zamanla aşılacaq problemlərdir: “Bir çoxları deyə bilər ki, Azərbaycanda insanlar elektron ticarətə hazır deyil. Mən bu yanaşmanı tamamilə yanlış sayıram. Camaat bu prosesə sonradan özünü hazırlayır. Məsələn, elektron ticarət Avropada, ABŞ-da yarananda amerikalılar, avropalılar oturub Allahdan gözləmirdilər ki, belə bir şey olacaq və onlar işlədəcəklər. Bu, yaradılır, sonra da camaat ondan istifadə etməyə başlayır. Bir nəfər edir, xoşuna gəlir, öz dostuna deyir, sonra başqaları da buna həvəslənir. Yəni camaatın hazırlığını heç vaxt problem olaraq göstərmək lazım deyil”.
O, elektron ticarət prosesində kart informasiyalarının təhlükəsizliyi, onların oğurlanması ehtimalı ilə bağlı səslənən söz-söhbətin də əsassız olduğunu vurğuladı: “Çünki texnika o qədər inkişaf edib ki, bunlar boş söhbətlərdir. Artıq “Visa” və “MasterCard” tərəfindən ttbiq olunan 3D Secure sistemi bu məsənin öhdəsindən tamami ilə gəlir.”.
Fərid İsmayılzadə Azərbaycanda əsas problemin elektron ticarət məsələsinin şirkət rəhbərləri tərəfindən qəbul edilməsi ilə bağlı olduğunu söyləyir. Çünki şirkət rəhbərlərinin çoxu bunu anlamır: “Deyək ki, bankın bütün proseslərini internet üzərindən tətbiq etmək olar. Təklif edəndə ki, banka “internet bankinq” tətbiq edək, bank rəhbərliyi bundan qorxub qaçır. Amma bir müqayisə aparım. Tutaq ki, bu xidmət üçün bank 100 min manat xərcləməlidir. Bank bunu qəbul etmir, sonra gedib filiala 300-400 min manat pul xərcləyir. “İnternet bankinq” isə qlobal filial deməkdir. Bu, o deməkdir ki, sənin müştərin dünyanın harasında olursa olsun, sənin bankınla əməlkiyyat apara bilər. Yəni borcunu öyrənə bilir, pul köçürmələri apara bilir, hesabını yoxlayır, yeni hesab açır və s. Bank gedib 300-400 min manat filiala xərcləyir, amma bu cür qlobal fliala 100 min xərcləmir. Bizim Azərbaycanda müşahidə etdiyimiz əsas problemlərdən biri budur”.
Parlamentin və hökumətin üzərinə düşən vəzifələr
“SilverKey Azərbaycan” şirkətinin direktoru xatırlatdı ki, Azərbaycanda 2005-ci ildə “Elektron ticarət haqqında” qanun qəbul olunub. Elektron imza ilə bağlı da qanun var. Ancaq o, qanunvericiliyin təkmilləşdirməsinin zəruri olduğunu vurğulayır: “Məsələn, Azərbaycanda “Elektron ticarət haqqında” qanun 9 səhifədir. Ancaq mən bir neçə ölkənin bu sahə ilə bağlı qanunlarına baxmışam, 30-40 səhifədir. Hüquqşünast olmasam da, hiss edirəm ki, bu sahədəki qanunularımızda boşluqlar var. Tənziməlmək lazımdır ki, elektron ticarət sürətlə yayılsın”.
Digər problem təhsillə bağlıdır. Fərid İsmayılzadə bu sahədə də addım atmağın zamanı gəldiyini dilə gətirdi: “ Mən ABŞ-da universitetdə xüsusi bir fakültədə oxumuşam. ABŞ-da bu sahəyə xüsusi diqqət var. Azərbaycanda yalnız İqtisad Universitetində Xüsusi İstedadlar Qrupunda (XİQ) belə bir dərs keçirilir. Bu sahə daha çox öyrədilməli və insanlara imkan yaradılmalıdır”.
Elektron ticarətin iqtisadiyyatın şəffaflaşmasında mühüm önəm daşıdığını, korrupsiya və monopoliya elementlərini sıfra endirdiyini deyən Fərid İsmayılzadə bu səbəbdən Avropa ölkələrində və ABŞ-da hökumətlərin ilkin dövrdə elektron ticarətin inkişafı və geniş yayılması üçün stimullaşdırıcı addımlar atdığını nəzərə çatdırdı: “ABŞ, Aropa ölkələri 10 il, yaxud müəyyən bir müddətdə elektron ticarəti vergidən azad ediblər. Şərat yaradırlar ki, şirkətlər tezliklə elektron ticarətin tətbiqində maraqlı olsunlar.
Həm də bu, müştərilər üçün də cazibədardır. Onlar internet üzərindən xidmət və malları ƏDV-siz və daha ucuz ala bilirlər. Azərbaycanda da hökumət tərəfindən belə addım atılsa, Azərbaycanda elektron ticarət birdən-birə sıçrayışla inkişaf edə bilər”.
Fərid İsmayılzadənin sözlərinə görə, elektron ticarətin dünyada sürətli yayılmasının səbəbi bütün xərclərin düşməsidir. Tutaq ki, bir şirkət kompüter satır və onun şəhərin gözəl yerində bir mağazası var. Mağazaya görə bu şirkət ayda 10 minlərlə manat icarə haqqı ödəyir, işçi saxlayır, işıq, qaz, su pulu ödəyir, eyni zamanda 24 saat da işləmir: “Bir də var ki, internet məkandasınız, “xostinq” ayda 40 manatdır. 10 min manat kirayə haqqı hara, 40 manat hara! Elektron mağaza yaratmaq ən yaxşı halda 1500–10000 manatdır. Ancaq Fəvvarələr bağında boş bir yer alıb, oranı təmir edərək vitrin qurmaq ən azı 50 min xərc tələb edəcək. Üstəgəl, 24 saat mağaza açıq olmayacaq. Ancaq internet mağaza üçün 200-300 manat maaş alan bir nəfər bəsdir ki, saytda sifarişi görən kimi kuryer şirkətlərindən birinə zəng etsin və tutaq ki, kompüteri filan adresə aparmasının lazım olduğunu desin.
Ona görə də elektron ticarətdə qiymətlər həmişə aşağı olur. Çünki 1 malın üzərinə oturan xərc minimuma enmiş olur. Şəxsən mən xaricdə olanda tutaq ki, fotoapparat almaq istəyirdim. Gedib mağazada fotoapparata baxırdım, sonra gəlib həmin fotoapparatı internetdən alırdım. Çünki internetdə həmin fotoaparat ən azı 100 dollar ucuz olurdu”.
Vergisi, daşınması və bank xidməti
“SilverKey Azərbaycan” şirkətinin direktoru dünyada elektron ticarətə vergi tətbiqi ilə təcrübədən də danışdı. O nəzərə çatdırdı ki, əslində real ticarət və elektron ticarətdə əlavə dəyər vergisi məsələsi ilə bağlı ciddi fərq yoxdur: “Tutaq ki, telefon aparatı 500 manatdırsa, sayta yazılır ki, ƏDV buna daxildir. Yaxud da yazılr ki, daxil deyil, 500 manat+ƏDV. Yəni istənilən halda malı alarkən alan ƏDV-ni ödəyir, sonra da satan bunu dövlətə ödəyir. Yəni ƏDV ilə bağlı burada qeyri-adi proses yoxdur, elektron ticarət nəyisə dəyişmir. Malı alıcı alsın,sonra da vergi qurumu vətəndaşdan gəlib ƏDV-ni alsın, dünyada belə təcrübə yoxdur. Diqqət indiki mərhələdə əslində elektron ticarəti bütünlüklə vergidən azad etməkdən getməlidir. Bu sahə inkişaf etsin ki, sonra vergi tətbiqi məsələsinə baxılsın”.
Alıcının şirkətdən aldığı məhsulun daşınmasına gəlincə, Fərid İsmayılzadə dedi ki, şirkət ölkə daxilində kuryer şirkətləri ilə müqavilə bağlaya bilər və son nəticədə Azərbaycanda məhsulun itənilən yerə çatdırma haqqı 2-3 manat olar: “Tutaq ki, saytda da göstərilir ki, 400 manat telefonun qiyməti, 2 manat da bunun çatdırılmasıdır. Yaxud elə olur ki, yazır ki, 400 manatdan yuxarı mal alarsansa, kuryer haqqını şirkət ödəyir. Yəni bu zaman satışdan əldə etdiyi gəlir şirkətə kuryerin pulunu özü ödəməyə imkan verir. Digər tərəfdən, bu gün xarici ölkələrdəki xarici şirkətlərini məhsullarını Azərbaycanda kimsə almaq istəyirsə, “DHL” “FexEx” və s. kuryer şirkətləri bu xidməti neçəyə göstərirlərsə, onun pulunu alıcıdan alırlar. Bu, şirkətin özünə bağlıdır. Siz bunu əlavə xərc kimi görməyin”.
Fərid İsmayılzadə banklarımızın elektron ticarət prosesinə hazır olmamasıyla bağlı fikirləri də tamamilə əsassız sayır: ” Banklar şirkətlərə hesab aça bilirlər? Açırlar. Bankların hamısı kart verə bilirlər? Verirlər. “Visa” və “MasterCard”ları var? Var. Qısası, bu məsələdə banklarla bağlı problem yoxdur. Ümumiyyətlə, Azərbaycanda sıfrdan iş qurmaq istəyən şəxs üçün ciddi problem yoxdur və elektron ticarətin Azərbaycanda gələcəyi parlaqdır, bunu saxlamaq mümkün deyil. Bu olacaq. Adətən bəlli bir sürətlə inkişaf edir və müəyyən bir nöqtədə sıçrayışlı ikişafa keçir”.
Bəs Azərbaycanda internet resursları üzrə mütəxəssislər, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qurumlar necə fikirləşirlər?
Elektron ticarətin Azərbaycanda internet əngəli
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Lent.az-a açıqlamasında dedi ki, Azərbaycanda elektron ticarətdə vergi məsələlərin necə həll olunacağı hələ müəyyənləşməyib: “ Qanunların təkmilləşdirilməsinə ehtiyac var. Digər tərəfdən, dünyada biz hələ də elektron ticarətin vergi tərəfi ilə bağlı müzakirələr eşidirik. Məsələn, fikirlər var ki, elektron ticarət vergidən azad olsun, real dünyada ticarətə tətbiq olunan vergi ona tətbiq olunmasın. Amma dünyada elektron ticarətlə bağlı oturuşmuş mövqe bundan ibarətdir ki, real dünyadakı vergi sistemini heç vaxt bura tətbiq etmək düzgün deyil. Çünki burada cəlbedicilik olmalıdır. Burada elə şeylər var ki, vergiyə cəlbi üçün əsaslar yoxdur. Ümumi xətt odur ki, burada kifayət qədər güzəştlərə yol verilməli, vergi göstəriciləri ifrat dərəcədə aşağı olmalıdır. Azərbaycanda ilkin dövrlərdə ifrat dərəcədə aşağı səviyyədə vergi tətbiq olunmalı, ya da vergi tətbiq olunmamalıdır. Yəni bu biznes qurulsun, bu sahədə normal mühit yaranandan sonra vergiylə bağlı müəyyən addımlar atmaq olar. Yəni üst bazis var, alt yapı qanunları, xüsusilə vergiylə bağlı qanunlar hazırlanmaldır”.
Osman Gündüz onu da xüsusi vurğuladı ki, bu gün Azərbaycanın Vergilər Nazirliyinin də informasiya texnologiyaları sahəsində xeyli təcrübəsi var: “Yeganə dövlət qurumlarından biridir ki, İKT-ni daha geniş tətbiq edirlər və resursları da birinci yerdədir. Həm də yeganə dövlət qurumudur ki, artıq elektron formada dövlət xidmətini təklif edir. Onun adını biz ticarət qoyardıq, sadəcə, pullu deyil”.
O malların çatdırılması ilə bağlı da normal infrastrukturun hələ formalaşmamasını da ciddi problem sayır. Ən əsas problem isə internetin kefiyyəti ilə bağlıdır. Çünki Azərbaycanda bəzən bir saytın açılmasını bir saat gözləmək lazım gəlir. Kefiyyətsiz internet də elektron ticarətə iki cür mənfi təsir göstərir: “Birincisi, şirkətlər investisiya qoymağa maraqlı olmurlar. Fikirləşirlər ki, elektron ticarətə 100 min qoyacaqsa, elə real ticarətə qoysun, elektron ticarət perspektivsizdir. İkincisi, gərək ticarət üçün bol, normal istifadəçilər olsun. Bizdə “dial-up”-la ticarət qurmaq mümkün deyil. ADSL istifadəçiləri isə Azərbaycanda 50-60 mindir. Bu da ümumi istifadəçilərin 5 faizidir. Bununla nə ticarət qurmaq olar?”.
Bununla belə, Osman Gündüz hesab edir ki, Azərbaycanda bu gün elektron ticarət üçün tələbat var. Yəni qloballaşma gedir, insanlar dünyaya çıxırlar və inkişaf edən iqtisadiyyat yeni xidmətlər tələb edir: “Tələbat var, amma təklif yoxdur. Təklifin olmamasının səbəbi də məhz infrastruktur məsələlərinə bağlıdır”.
Osman Gündüzə görə, burada informasiya mədəniyyəti də rol oynaya bilər: “Məsələn, bizim insanlar nağdı görüb almağa üstünlük verirlər. Yəni mentalitet məsələləri var. Amma düşünmürəm ki, bunlar ciddi əsaslardır. Ciddi əsaslar dünyada mövcud olan sürətli, kefiyyətli internet və bu sahəyə biznes qurumlarını investisiya qoymağa maraqlandıran mühit olmasıdır. İnsanlarda təsəvvür formalaşmalıdır ki, internetl real dünyayla, televiziya eyni şeydir. Problemlər aradan qalxsa, Azərbaycanda elektron ticarət sürətli inkişaf edə bilər. Avropadakı sanballı mağazalar artıq Bakıda da var. Onlayn ticarətə də ehtiyac var. Şəxsən mən istəyirəm ki, mağazadan bir şey alım, poçtla mənə gətirsinlər. Amma infrastrukturla bağlı tələblər, informasyia mədəniyyəti, vergi məsələsi bu sahənin ciddi inkişafını bir qədər əngəlləyir”.
Yeri gəlmişkən, Osman Gündüz hesab edir ki, Azərbaycanda banklar elektron ticarət zəncirində öz yerlərini tam tutmaq üçün “internet bankinq” sistemini təcili şəkildə tətbiq etməlidir : “Bu prosesdə internet resursu, bank hesabı və real şirkət əsas özüllərdir. Çünki kimsə saytda ödəniş edəndə bankda haqq-hesab çürüdülməlidir. “İnternet bankinq” sistemi müştəriyə öz hesabını tez kontrol etməyə imkan yaradır, bankda hesabı olan şirkət də rahatca hesabına yatmış məbləği görə bilir”.
İstehlakçıların narahatlıqları var…
Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynovla da söhbətləşdik. O qeyd etdi ki, Elektron ticarət haqqında qanunda boşluqlar var. O cümlədən istehlakçıların hüquqlarının müdafiəsiylə bağlı qanunda da elektron ticarət sahəsində istehlakçı hüquqlarını pozularsa, onun qorunması mexanizmi yox dərəcəsindədir.
Eyyub Hüseynov onu da nəzərə çatdırdı ki, Azad İstehlakçılar Birliyi istehlakçıların hüquqlarının qorunması haqqında qanunun təkmilləşdirilməsi ilə bağlı Milli Məclisə təklif veri: “Hələlik bir nəticə yoxdur…”.
Ramiz Mikayıloğlu

823