Bəzi tikinti şirkətlərinin lisenziyası geri alınıb – SİYAHI
Bina və tikililərin layihələndirilməsi ilə məşğul olan həmin şirkətləri daha böyük cəza gözləyir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi lisenziya müddəti başa çatan bina və qurğuların layihələndirilməsi ilə məşğul olan şirkətlərin adını açıqlayıb. İndiyədək 10-a yaxın belə qurumun lisenziyası geri alınıb.
Komitədən Lent.az-a bildiriblər ki, lisenziya şərtlərinə və tələblərinə əməl etməməsi səbəbin lisenziyası dayandırılmış şirkətlər arasında “Erenport İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin filialı, “Şinkar”, “Füsal-F” MMC, “AZTEG” MMC, “Studiya İnter Dizayn” MMC, “Stil Mühəndislik” MMC, “Azəri”, “Şirvan-S” firması da var.
Komitədə deyirlər ki, bu şirkətlərin heç biri I və II məsuliyyət səviyyəli bina və tikililərin layihələndirilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyanın şərtlərinə əməl etməyib. Həmçinin, şirkətlərin əksəriyyətində işəgötürənlə işçilər arasında nəinki daimi, heç müvəqqəti əmək müqaviləsi də bağlanmır.
Bundan başqa, bina və tikililərin layihələndirilməsi ilə məşğul olmaq üçün layihə-smeta sənədləri tərtib edilərkən bütün standartların qorunması əsas şərtlərdəndir. Bunun üçün xüsusi arayışın olması vacibdir. Hazırda layihəsini təsdiq etdirmək istəyən şirkətlərin sənədlərini yoxlamaq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində komissiya yaradılıb. Lisenziya müddəti bitənlərin fəaliyyəti etibarsız sayılaraq sənədləri geri qaytarılır. Yaxın vaxtlarda isə qanunsuz fəaliyyət göstərən şirkətləri müəyyən etmək üçün Fövqəladə Hallar Nazirliyi ilə birgə yoxlamalara başlanılacaq.
Xatırladaq ki, bina və qurğuların layihələndirilməsi ilə məşğul olan şirkətlərə lisenziya 5 il müddətinə verilir. Həmin sənədin dövlət rüsumu 1100 manatdır.
Elxan SALAHOV

Oxşar yazılar

Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39