Afaq Quliyeva: ““Akkord” şirkətinin kənardan beton almasına ehtiyac yoxdur”
Üzərinə kran düşən “KaMAZ”dakı beton “Akkord”un binası üçün nəzərdə tutulmayıbmış
Dünən Bakının Nərimanov rayonunda Maqsud Əlizadə-59 ünvanında “Azik” firmasına məxsus “90-JB-860” dövlət nömrə nişanlı “KaMAZ” yük maşınının üzərinə “AVM” şirkətinə məxsus kran düşüb və “KaMAZ”ın sürücüsü həlak olub. Hadisə yerində olan Lent.az-ın əməkdaşına “KaMAZ”ın betonu “Akkord” Şirkətlər Qrupuna məxsus yeni tikilən bina üçün apardığı bildirilmişdi.
“Akkord” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva Lent.az-a açıqlamasında bildirib ki, “Azik” firmasına məxsus “90-JB-860” dövlət nömrə nişanlı “KaMAZ” betonu “Akkord”a məxsus bina üçün gətirməyib.
Afaq Quliyeva bu barədə mətbuata məlumat ötürülməsindən təəccübləndiklərini və xəbərin yanlış olduğunu söyləyib.
Mətbuat xidmətinin rəhbəri deyib ki, “Akkord” şirkətinin kənardan beton almasına ehtiyac yoxdur, şirkət özü beton satışıyla da məşğul olur və bu fəaliyyəti barədə reklamlar da verilib.

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44