Nəqliyyat daşımaları büdcəyə qazanc gətirir
25 avqust 2009 17:00 (UTC +04:00)

Nəqliyyat daşımaları büdcəyə qazanc gətirir

Azərbaycanın əlverişli coğrafi mövqeyi dövlət büdcəsinə milyardlarla tranzit gəlirləri gətirir

Bu ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 21,1 milyon ton yük daşınıb. Həmin dövr ərzində dəhlizdən istifadə edən sərnişinlərin sayı isə 99,4 milyon olub.

Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, ötən yarım ildə bu daşımalardan ölkə büdcəsinə 116,2 milyon manat vəsait daxil olub. Bu isə həmin nəqliyyat dəhlizinin sektorunda ən çox gəlirli sahə olduğunu göstərir.

Nazirlikdə onu da bildirirlər ki, Rusiya hökuməti bölgənin nəqliyyat əlaqələrini genişləndirmək üçün daha bir layihəni reallaşdırmaq niyyətindədir. Qara Dəniz ətrafında 7 min kilometrlik avtomobil magistralının inşasını nəzərdə tutan layihə Azərbaycan və Ermənistan da daxil olmaqla 12 ölkəni əhatə etməlidir.

Rəsmi Moskva artıq bu layihəni təsdiqləyib. Hesablamalara görə, Rusiyanın təklifi reallaşacağı təqdirdə, Azərbaycanın Qara Dəniz avtomobil magistralından illik gəliri təxminən 250-300 milyon manat olacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar