“AvtoVAZ” və “KamAZ” birləşir
4 il əvvəl bu ideyanı irəli sürən Boris Aleşin birləşmədən sonra işsiz qalacaq
“AvtoVAZ” və “KamAZ” birləşir, onların bazasında “Rostexnologiya” adlı yeni holdinq yaradılacaq.
Lent.az-ın “Novaya qazeta”ya istinadən verdiyi məlumata görə, birləşmə qərarının avqustun 26-da, Moskvada keçirilən “İnteravto” avtosərgisi zamanı elan olunacağı gözlənilir.
“Rostexnologiya” adlanacaq holdinqdə aksiyaların 25 faizi “AvtoVAZ”a, 37,8 faizi “KamAZ”a, 30 faizi “Avtodizel” zavoduna (bu zavod Oleq Deripaskanın “QAZ” şirkətlər qrupuna daxildir) məxsus olacaq.
Holdinqə “KamAZ”ın baş direktoru Sergey Koqoqin rəhbərlik edəcək. “AvtoVAZ”ın prezidenti Boris Aleşin postunu tərk edəcək.
“Novaya qazeta” qeyd edir ki, əslində birləşmə ideyası yeni deyil, 2005-ci ildə Boris Aleşin tərəfindən irəli sürülüb. “AvtoVAZ”ın indiki prezidenti, birləşmədən sonra vəzifəsiz qalacaq Boris Aleşin bu şirkətlərin birləşdirilməsi və yaranan vahid holdinqə dövlət büdcəsindən 5 milyard dolların ayrılmasını istəyib. Ancaq hökumət 4 il əvvəl bu ideyaya müsbət yanaşmayıb.
Ancaq qəzet “AvtoVAZ”-ın səhmlərinin 25 faizinə nəzarət edən “Renault” və “KamAZ”ın səhmlərinin 10 faizinə nəzarət edən “Daimler” şirkətlərinin birləşməyə necə yanaşacaqları və bu prosesdə necə iştirak edəcəkləri ilə bağlı məsələlərin açıq qaldığını yazır.

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44