Şamaxıda ilk torpaq hərracı keçiriləcək
Şəhriyar bələdiyyəsinə məxsus torpaq fərdi ev tikintisi üçün nəzərdə tutulur
Avqustun 14-də Şamaxı rayonunda torpaq hərracı keçiriləcək. Şamaxı şəhərindəki Nərimanov küçəsi, 1A ünvanında keçiriləcək ilk hərracda 6 sot torpaq satışa çıxarılacaq.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Lent.az-a bildiriblər ki, hərraca çıxarılacaq torpaq sahəsi rayonun Şəhriyar bələdiyyəsinə məxsusdur. Birinci qrup əkin sahəsi kateqoriyasına aid olan həmin torpaq həyətyanı istifadə üçün nəzərdə tutulub. Torpağa sahib olacaq şəxs burada fərdi ev tikmək hüququ qazanacaq.
Xatırladaq ki, həmin gün Bərdə və Salyanda da 2 torpaq sahəsi satışa çıxarılacaq. Birincidə hərraca çıxarılacaq torpağın sahəsi 8, ikincidə isə 26 sotdur.
Elxan SALAHOV

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44