Telman İsmayılov tanınmış iş adamının sürücüsü oldu
Azərbaycanlı milyarder meşədə qolf oteli tikdirir
Antalyada 1,4 milyard dollarlıq “Mardan Palace” otelini tikdirən azərbaycanlı milyarder Telman İsmayılov yenidən Türkiyə mediasının diqqət mərkəzindədir.
Lent.az-ın “Axşam” qəzetinə istinadən verdiyi xəbərə görə, biznesmen Antalya hava limanında “Cengiz İnşaat”ın sahibi Mehmet Cengizlə görüntülənib. İsmayılov “Cengiz İnşaat”ın sahibi Mehmet Çingizi üstü açıq “Rolls Royce” markalı avtomobillə aeroportda qarşılayıb. O, otelin açılışı üçün Antalyaya gələn Monika Belluçini də gəzdirdiyi həmin avtomobildə Mehmet Çingizin sürücülük məsuliyyətini də öz üzərinə götürüb.
Yeri gəlmişkən, Antalyadakı Aeroportda VİP qapısından Mehmet Çingizlə birlikdə çıxan İsmayılov Qaradənizli iş adamını avtomobilə mindirərkən “Rolls Royce”un qapısını milyarder azərbaycanlının kiçik oğlu Sərxan bağlayıb.
T.İsmayılov hələ 2007-ci ildə - “Mardan Palace” otelində inşa işləri gedən zaman baş nazir Ərdoğanı Mehmet Çingiz və “MNG”nin sahibi Mehmet Nazif Günalla birlikdə gəzdirmişdi.
Həmin vaxt mədəniyyət və turizm naziri Atilla Koç da həmin görüşməyə qatılmışdı. İsmayılov həmin görüş zamanı özünün digər “Rolls Royce”u ilə bir saat qapıda gözləmişdi.
Moskvadakı “Çerkizov” bazarı bağlanan həmyerlimizin Moskvanın əsəblərinə rəğmən Antalyada növbəti yatırımlar planlaşdırdığı bildirilir. Belə ki, “Mardan Otel”in qərb hissəsindəki “MNG Qrup“a aid meşə sahəsini mülkiyyətini alan İsmayılov orada qolf oteli və villalar tikmək üçün fəaliyyətə başlayıb. İş adamı inşaat meydançasını indidən qurub.

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44