Dünya Bankından Azərbaycana böyük dəstək
Beynəlxalq qurum 45 layihənin reallaşmasında Azərbaycana maliyyə dəstəyi göstərib
1992-ci ildən bu yana Dünya Bankı Azərbaycanda 45 layihənin maliyyələşməsinə dəstək verib. Bu layihələr ölkənin əsasən nəqliyyat, təhsil və səhiyyə, habelə şəhərsalma infrastrukturunun yaxşılaşmasına yönəldilib.
Lent.az-ın məlumatına görə, ölkəmizin Dünya Bankına qoşulduğu 1992-ci ildən bəri bu beynəlxalq maliyyə qurumu Azərbaycanda 45 layihə üçün 2 milyard dollar məbləğində vəsait ayırmaq öhdəliyi götürüb. Bu layihələrin bir hissəsi artıq reallaşıb, digər hissəsi isə hazırda icra olunur. Bankla Azərbaycan hökuməti arasında növbəti belə saziş iyulun 28-də imzalanıb. “Azərbaycan magistral avtomobil yolu-2” layihəsi çərçivəsindən imzalanmış sazişlə ölkəmizə 175 milyon dollar həcmində faizsiz kredit ayrılıb.
Xatırladaq ki, ən iri maliyyə tutumlu və uzunmüddətli layihələrdən olan “Böyük Bakının Regional İnkişaf Proqramı” da Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.
Elxan SALAHOV

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44