Dubay şahzadəsi Telman İsmayılovun otelində 7 villa kirayələdi
Həmin müddətdə “Mardan Palace”a başqa qonaqlar qəbul edilməyib
Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Antalyada 1,4 milyard dollara tikdirdiyi “Mardan Palace” otelində keçən həftə Dubay şahzadəsi El Maktum dincəlib.
Lent.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yaxınlarıyla bərabər xüsusi təyyarə ilə gizlicə Antalyaya gələn El Maktum 7 özəl VİP villa kirayələyib. Onun “Mardan, Palace”da olduğu dövrdə oteldə qalmaq üçün müraciət edənlərin çoxu qəbul edilməyib.
Bu arada türk mətbuatı Monako şahzadəsi Albertin də “Mardan” otelinin son qonaqları arasında olduğunu yazıb.
Ancaq türk mətbuatı ötən iki ayda Telman İsmayılovun otelinin bütün otaqlarını müştərilərlə doldurmaqda çətinlik çəkdiyini iddia edib. İki ayda yalnız otelin imkanlarının 34 faizindən istifadə olunub. Rusiyadan gözlənən turist axınından da hələ xəbər yoxdur. Bu, rus hökumətinin Azərbaycan əsilli iş adamına qarşı son vaxtlar sərgilədiyi münasibətlə əlaqələndirilir.

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44