“Azercell Telekom” “Proqress” mükafatına layiq görülüb
Şirkət Rusiyadakı abonentlərinə etibarlı rabitə təqdim etdiyinə görə qiymətləndirildi
“Azercell Telekom” MMC-nin qazandığı uğurlar Azərbaycan sərhədlərini çoxdan aşıb. Artıq şirkətin abonentləri dünyanın bir çox ölkələrində “Azercell”in təqdim etdiyi xidmətlərdən yararlana bilirlər. Azərbaycandan sonra “Azercell”in ən çox abonenti Rusiyadadır.
“Azercell Telekom” MMC-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu uğurları Rusiya hökuməti səviyyəsində qiymətləndirilib. Belə ki, “Azercell Telekom” MMC Azərbaycan və Rusiya arasında etibarlı mobil rabitə yaratdığına görə nüfuzlu “Proqress” mükafatına layiq görülüb. Təqdimetmə mərasimində bu mükafat Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən şəxsən təqdim olunub.
Şirkətin Korporativ Əlaqələr və Sosial Məsuliyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə “Azercell”ə göstərilən etimada görə cənab səfirə təşəkkürünü bildirib: “Azərbaycan mobil rabitə sektorunda 13 ildir fəaliyyət göstərən “Azercell Telekom” bu sahədə lider şirkətdir. İndi “Azercell” abonentlərinin sayının 3,5 milyonu keçməsi də təsadüfi deyil. Bu mükafat bir daha sübut edir ki, “Azercell” öz abonentlərinə keyfiyyətli və etibarlı xidmət təqdim edir”.
Onun sözlərinə görə, “Proqress” mükafatının ilk təqdimatı ötən il Rusiyanın Azərbaycandakı səfirliyi və Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Rusiya İşgüzar Əməkdaşlıq Palatası tərəfindən təqdim olunub. Mükafatın məqsədi Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsin iştirak edən qurumları və şəxsləri müəyyənləşdirib onların fəaliyyətini qiymətləndirməkdən ibarətdir.
Xatırladaq ki, “Proqress” mükafatı artıq ikinci dəfədir ki, təqdim olunur. İyulun 3-də keçirilən təqdimetmə mərasimində Azərbaycan-Rusiya ticarəti və iqtisadi əlaqələrinin ən yaxşı iştirakçısı olan 10-dan çox şirkət mükafatlandırılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08