1 ayda 20 ipoteka krediti verilib
İpoteka kreditlərinə maraq, müraciətlərin sayı və ayrılan vəsait 2006-cı illə müqayisədə çoxdur
Azərbaycan İpoteka Fondu ötən bir ayda ipoteka kreditlərinin verilməsi üzrə hesabatı açıqlayıb. Məlum olub ki, Azərbaycanda ipoteka kreditləşməsinin bərpa olunduğu iyun ayı ərzində cəmi 20 nəfərə kredit vermək mümkün olub.
Fonddan Lent.az-a bildiriblər ki, ötən ay müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 544, güzəştli ipoteka krediti almaq üçün isə 44 vətəndaşın rəsmi müraciət ərizəsi qəbul edilib. Daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi isə 26 milyon manata yaxındır.
Fondda deyirlər ki, iyunun 11-dən etibarən artıq ipoteka kreditlərinin verilməsinə başlayıb və ay ərzində verilmiş kreditlərin məbləği təxminən 1 milyon manat təşkil edib. Qurumun hesablamalarına görə, ümumilikdə ölkədə ipoteka kreditlərinə maraq, müraciətlərin sayı və ayrılan vəsait 2006-cı illə müqayisədə xeyli çoxdur. Belə ki, ölkədə ilk dəfə ipoteka kreditləşməsinə start verildiyi həmin dövrdə birinci ay ərzində cəmi 4 ipoteka kreditinin verilmişdi.
Elxan SALAHOV

Oxşar yazılar

Yanğına görə 9 kəndin qazı kəsildi
15 avqust 2022 , 21:14
“Bizim evdə “Final” var” Lənkəran və Astarada® - FOTO
15 avqust 2022 , 12:28
"Kapital Bank" “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı®
15 avqust 2022 , 10:29
AZAL-ın təyyarəsində PROBLEM: Bakı-Moskva reysi gecikir
15 avqust 2022 , 10:05Rusiyanın Krımda məhv edilən təyyarələrinin dəyəri AÇIQLANDI - VİDEO
12 avqust 2022 , 16:07
"Azəriqaz" yeddi aylıq hesabatını TƏQDİM ETDİ
12 avqust 2022 , 15:59
"Bakcell" qazi və şəhid övladları üçün kurslar təşkil edib®
12 avqust 2022 , 11:44