“Əsrin müqaviləsi”nin uzadılması təklif edilir
“Əsrin müqaviləsi”nin iştirakçıları Azərbaycan hökumətinə müqavilənin müddətinin uzadılmasını təklif ediblər.
“APA-ECONOMICS”in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş. Mövsümovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır: “Müqavilə 2024-cü ildə bitəcək. Biz müqavilənin müddətinin uzadılmasına hələlik tələsmirik. “Əsrin müqaviləsi”nin iştirakçılarına da hələlik nə müsbət, nə də mənfi cavab vermişik”.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi layihəsinə dair müqavilə - “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayında imzalanıb. AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), “Chevron” (10,2%), ARDNŞ (10%), “Inpex” (10%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “Devon” (5,6%), “Itochu” (3,9%) və “Hess” (2,7%) şirkətləri iştirak edir.

Oxşar yazılar

Azərbaycanda bu kanala yarım milyon dollardan çox pul ayrıldı
24 may 2022 , 15:26
®Baş direktor bir qrup birlik əməkdaşını mükafatlandırdı -FOTO
23 may 2022 , 19:14
ABŞ Çini geridə qoyur... - Son 46 ildə İLK DƏFƏ
21 may 2022 , 11:16
®ABB-nin “American Express” kartlarında böyük endirimlər!
20 may 2022 , 16:51
4 ayda 3,5 milyard kubmetrə yaxın təbii qaz qəbul olunub -FOTO
20 may 2022 , 16:35
®Al Market Mağazalar şəbəkəsi “Anbarları Boşaldır”! -FOTO
20 may 2022 , 11:44
Şirvanda vətəndaşların bir sıra müraciətləri yerindəcə həllini tapdı - FOTO
19 may 2022 , 18:28