Süd istehsalı və satışı bazarı yoxlanılır
Belə yoxlamalardan biri Bakının Binəqədi rayonu ərazisində "Kaspian Prodakşn Layn" MMC-yə məxsus istehsalat sahəsində keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı yağlılığı 15 faiz və 25 faiz olan xama, yağlılığı 18 faiz olan kəsmiyin uyğunluq sertifikatı olmadan istehsal edildiyi məlum olub. Həmçinin qatıq, dovğa, qazlaşdırılmamış ayran və yağlılığı 10 faiz olan xamanın üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, süd məhsullarının reseptura olmadan istehsal edildiyi üzə çıxıb.
Bundan başqa, yoxlama zamanı müəssisədə istehsal olunan dovğa, pəhriz kəsmiyi və yağlılığı 15% olan xamanın üzərində istehsal tarixinin düzgün göstərilmədiyi (faktiki istehsal tarixindən sonrakı gün göstərilib), pəhriz kəsmiyinin qablaşdırılmasında istifadə olunan bükmə materiallarının uyğunluq və gigiyenik sertifikatının olmadığı aşkarlanıb.
Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 1,6 ton süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Araşdırmalar davam etdirilir.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09