Kənd təsərrüfatında 3,8 faiz azalma
Azərbaycanda taxılçılıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik - bütövlükdə əsas kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, noyabrın 1-dək tarlalardan qarğıdalı ilə birlikdə 1999,0 min ton taxıl, 953,5 min ton kartof, 1157,4 min ton tərəvəz, 560,2 min ton meyvə və giləmeyvə, 433,0 min ton bostan məhsulları, 108,3 min ton üzüm, 3,1 min ton tütün, 179,0 min ton şəkər çuğunduru, 530,5 ton yaşıl çay yarpağı toplanıb. Bu ayın əvvəlinə 28,1 min ton pambıq toplanıb emal müəssisələrinə təhvil verilib.
Komitənin hesablamalarına görə, bitkiçilik məhsulları ilə yanaşı heyvandarlıq məhsulları istehsalı da dinamik olaraq artır. Belə ki, ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 271,7 min ton ət, 1281,1 min ton süd, 992,9 milyon ədəd yumurta və 15,3 min ton yun istehsal olunub. 2009-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6,9 faiz, süd istehsalı 7,6 faiz, yumurta istehsalı 0,1 faiz, yun istehsalı 3,1 faiz artıb.
Beləliklə, bitkiçilik sahəsində məhsul istehsalı 10,1 faiz azalıb. Heyvandarlıq sahəsində 6,4 faiz artıb, kənd təsərrüfatının ümumi məhsulu isə ötən ilki səviyyədən 3,8 faiz aşağı olub. Komitənin hesablamalarına görə, kənd yerlərində gələn ilin məhsulu üçün 714,1 min hektar sahədə şumlama aparılıb, 332,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 204,2 min hektar sahədə buğda, 128,6 min hektar sahədə arpa səpilib.
Elxan SALAHOV

Oxşar yazılar

Biləcəridə faizsiz kreditlə mənzil satışları davam edir - "Kristal Abşeron"
16 may 2025 , 14:44
EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
16 may 2025 , 14:25
"Huawei"dən yeni nəsil biləyə taxılan cihazlarla bağlı YENİLİK
16 may 2025 , 12:17
ADA Universitetinin 12 tələbəsi "Azercell"də təcrübə keçəcək
16 may 2025 , 11:50
"Birbank Biznes"dən xanım sahibkarlara daha bir fürsət: 15 000 AZN qazanmaq şansına sahib olun
16 may 2025 , 11:46
"AL Market"dən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
16 may 2025 , 11:28Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34