Çoban qayadan yıxılıb xəstəxanalıq oldu
05 avqust 2025 20:35 (UTC +04:00)

Çoban qayadan yıxılıb xəstəxanalıq oldu

Qəbələnin Laza kəndində çobanlıq edən şəxs qayalıq ərazidən keçərkən atla qayadan yıxılıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Laza kəndində qeydə alınıb.

Müxtəlif  dərəcəli bədən xəsarətləri alan və köməksiz qalan şəxs FHN-in xilasetmə qrupuna müraciət edib.

Dərhal əraziyə yollanan FHN-in Şimal Qərb Regional mərkəzinin xilasediciləri həmin şəxsi qayalıq ərazidən götürərək təcili tibbi yardım əməkdaşlarına təhvil verib.

İlkin tibbi yardım göstərilən şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar