13 yaşlı uşaq atasını başından  vurdu: Səbəb inanılmazdır
05 avqust 2025 18:18 (UTC +04:00)

13 yaşlı uşaq atasını başından vurdu: Səbəb inanılmazdır

Mersində 13 yaşlı uşaq mübahisə zamanı atasını başından vurub. Ağır yaralanan ata xəstəxanaya çatdırılıb, oğlan isə həbs edilib. Oğlan ifadəsində atasının onu dəfələrlə təhqir etdiyini iddia edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, iddialara görə, 13 yaşlı M.B.O. ilə atası arasında mübahisə düşüb və mübahisə böyüyəndə uşaq yataq otağından silah götürərək atasını güllələyib. 

Silah səsləri eşidənlərin məlumatından sonra hadisə yerinə polis və tibb işçiləri gəlib. Başından ağır yaralanan ata təcili yardımla Mersin Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. 

Polis tərəfindən saxlanılan M.B.Ö. yeniyetmələrlə iş şöbəsinə aparılıb. Onun ifadəsi orada alınıb və o, atasının onu dəfələrlə təhqir etdiyini və döydüyünü iddia edib. Polis bölməsində aparılan əməliyyat-axtarış tədbirlərinin ardından M.B.Ö. məhkəməyə aparılaraq həbs edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar