Ən yaxşı oyunçuya 55 kiloqran kartof   verildi
05 avqust 2025 16:49 (UTC +04:00)

Ən yaxşı oyunçuya 55 kiloqran kartof verildi

"Senneriyuske” Danimarka Superliqasının 3-cü turunda evdə "Norşellann"ı 3:2 hesabı ilə məğlub edib.

Lent.az-ın xarici medaya istinadla xəbərinə görə, görüşün ən yaxşı oyunçusu isə qarşılaşmada hesabı açan "Senneriyuske”nin müdafiəçisi Maksim Sulya tanınıb. Mükafat olaraq 26 yaşlı fransalı 55 kiloqram təzə qazılmış kartof alıb və həmin kartof oyundan dərhal sonra arabasda sahəyə gətirilib.

"Sonderjyske" ölkənin kənd təsərrüfatı mərkəzlərindən biri olan Danimarkanın cənubundakı Cənubi Yutlandiya bölgəsindəki kiçik Haderslev şəhərini təmsil edir. Kartof Danimarkada ən məşhur məhsullardan biridir və milli mətbəxin ayrılmaz hissəsidir.

Sulyanın inamlı və effektiv oyunu sayəsində "Sonderjyske" mövsümdə ilk qələbəsini qazana bilib və bu, komandanı Danimarka çempionatının turnir cədvəlində yeddinci pilləyə yüksəldib. 

Maksim Sulya PSV akademiyasının yetirməsidir. O, 2021-ci ildən "Sonderjyske"də çıxış edir və klubda 120-dən çox oyun keçirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar