Amerikalı münasibət eksperti və medyum Sintiya Klark hesab edir ki, insanın ovuc xətləri onun sevgi həyatı haqqında çox şey deyə bilər. O, xiro manitiyanı fal kimi yox, insanın daxili aləmini, emosional travmalarını və xarakter xüsusiyyətlərini anlamaq üsulu kimi istifadə edir.
Lent.az bu 5 əsas işarəni təqdim edir:
1. Əlin forması və onun uyğun gəldiyi “stixiya”
Xiro manitiyada əllər 4 təbii ünsürə bölünür:
Torpaq: Kvadrat ovuc, qısa barmaqlar → Praktik, sabit və etibarlı insanlar
Od: Uzun ovuc, qısa barmaqlar → Həvəsli, emosional, enerjili insanlar
Hava: Kvadrat ovuc, uzun barmaqlar → Ağıllı, sərbəst, ünsiyyətcil insanlar
Su: Uzun ovuc, uzun barmaqlar → Həssas, intuitiv, emosional insanlar
Uyğun cütlüklər
Torpaq + Su
Od + Hava
Uyğunsuz cütlüklər
Torpaq + Od
Su + Hava
Bu uyğun olmayan cütlüklərdə sevgi və həyat tərzi fərqləri tez-tez emosional və məişət konfliktlərinə səbəb ola bilər.
2. Ürək xəttində qırılmalar
Ürək xətti ovucun yuxarı hissəsində, çeçələ barmaqdan işarə barmağına doğru uzanır. Kiçik qırılmalar keçmiş ayrılıqlar və incikliklərin izidir. Uzun qırıq isə ciddi emosional travmanı göstərir. Belə insanlar yeni münasibətlərdə yaxınlıqdan qorxur, özlərini açmaqda çətinlik çəkirlər. Amma zamanla ürək xətti bərpa ola bilər bu, insanın öz ağrıları ilə üzləşib şəfa tapdığını göstərir.
3. Neptun halqası
Bu, ovucun alt hissəsində yarımhalqa şəklində olan xəttdir. Neptun zonasındadır.
Bu xətt aşağıdakıları göstərə bilər
Daxilə basdırılmış qəzəb
Qayğı, qorxu, incikliklər
Əgər bu xətt sizdə və ya partnyorunuzda çox qabarıqdırsa, emosional fırtınalar yaşamaq ehtimalı yüksəkdir. Münasibətlərdə bu duyğular tez-tez münaqişələrə və anlaşılmazlığa yol aça bilər.
4. Əyri və ya zəif çeçələ barmaq (Merkuri barmağı)
Bu barmaq
Ünsiyyət
Dürüstlük
Etibar simvoludur.
Əgər barmaq əyilmiş və ya bariz şəkildə digərlərindən ayrılmışdırsa, bu ola bilər:
Dürüstlük problemləri
Manipulyasiya meyli
Düşüncələrini açıq ifadə edə bilməmək
Belə insanlar tez-tez başqasının hisslərini idarə etməyə çalışır, təzyiq yaradır və partnyorunu özünə emosional bağlı hala salır.
5. Qısa və ya incə işarə barmağı (Yupiter barmağı)
İşarə barmağı
Özünə güvən
Özünə hörmət simvoludur.
Əgər bu barmaq çox qısadırsa və ya incədirsə, bu aşağıdakılara işarədir:
Aşağı özünə qiymət
Qorxu və tərəddüdlər
Rədd edilməkdən çəkinmək
Belə insanlar ya çox bağlanırlar, ya da qorxudan uzaq dururlar. Bu da münasibətdə sabitliyi poza bilər. Hər şey sizin əlinizdədir sözün əsl mənasında. Xiro manitiya deyir ki, ovucdakı xətlər dəyişə bilir. İnsanın daxili inkişafı ilə bu xətlər düzəlir:
Ürək xətti sabitləşir
Həyat xətti dərinləşir
Travmatik işarələr itib gedə bilər
Əgər bu nişanələrdən biri sizdə varsa, qorxmayın. Bu, özünüz üzərində işləməyə səbəbdir. Məhəbbətdə şüurlu olun, ürəyinizi və bədəninizin mesajlarını dinləyin. Qoy ovucunuz problemlərdən yox, gücünüzdən və harmoniya yolundan danışsın.