Polisdən qaçmaq üçün dənizə tullandı,  görün sonra nə oldu
05 avqust 2025 12:58 (UTC +04:00)

Polisdən qaçmaq üçün dənizə tullandı, görün sonra nə oldu

Samsunun Atakum rayonunda zorakılıq törədən şəxs polisdən qaçarkən dənizə atılıb. Polisin onu yola gətirmək cəhdlərinə baxmayaraq, o, uzun müddət suda qalıb, nəhayət özü sahilə çıxıb könüllü təslim olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Atakum rayonunda Yenimahalle məhəlləsi sahilində baş verib. İddialara görə, ərazidə iğtişaş törədən şəxs yerli əhalinin xəbərdarlığından sonra hadisə yerinə gələn polis əməkdaşlarından qaçmağa başlayıb. Qaçış zamanı həmin şəxs dənizə girib və bir müddət dənizdə üzüb.

Polisten kaçmak için denize atladı, hikayenin sonu hüsranla bitti

Polislər kişini dənizdən çıxmağa razı salmaq üçün xeyli vaxt keçirib. Lakin o, polis çağırışlarına cavab verməkdən imtina edərək dənizdə qalıb. Bir müddət sonra taqətdən düşmüş kişi sahilə çıxaraq könüllü təslim olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar