Xocalıda yanğına səbəb olan TUTULDU
05 avqust 2025 11:52 (UTC +04:00)

Xocalıda yanğına səbəb olan TUTULDU

Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. 

Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb. 

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar