"Qalatasaray"ın hücumçusu Mauro İkardinin qızları ataları ilə əlaqəni kəsmək qərarına gəliblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, argentinalının doqquz yaşlı qızı İzabella bu qərarı ilk verib, onun ardınca on yaşlı Françeska da bu addımı atıb.
Françeska həmçinin atasının indiki qadınının uşaqları ilə münasibətinə görə əziyyət çəkdiyi və onun onuncu ad gününü qeyd etmədiyindən onu bağışlaya bilməyəcəyi üçün İkardi soyadını daha daşımaq istəmədiyini də bildirib.
Jurnalist Françeskanın mümkün sözlərini sitat gətirib: "Atamla daha danışmaq istəmirəm. Onun etdiklərini bəyənmirəm. Onunla indiyədək danışan tək mən olmuşam, çünki qardaşlarım və hətta İsi belə danışmayıb və o, indi də özünü belə aparır".
Xatırladaq ki, Mauro qızların anası Vanda Nara ilə 2025-ci ilin martında boşanıb.