ƏDV tətbiqi taxıl bolluğuna mane olmayacaq
Kənd Təsərrüfatı Nazirliyi taxıl və buğda idxalına ƏDV-nin tətbiqini yerli məhsulun satılmaması ilə əlaqələndirir
Taxıl və buğda idxalına əlavə dəyər vergisinin (ƏDV) yenidən tətbiqi ölkənin taxıl ehtiyatı üçün heç bir problem yaratmayacaq. Çünki ötən mövsüm yığılan taxılın xeyli hissəsi hələ də anbarlarda qalıb.
Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev Lent.az-a bildirib ki, taxıl idxalının əlavə dəyər vergisindən azad olmasından sonra sahibkarların xaricdən taxıl gətirməsinə maraq artıb. Bu isə bazarda taxıl bolluğu yaradıb. Ancaq bu, yerli fermerlər üçün əlavə problemlər yaradır. Belə ki, fermerlərin istehsal etdikləri məhsulun öz tələbatlarından artıq hissəsini sata bilmir.
Hökumət isə vəziyyətdən çıxış yollarından biri kimi idxal olunan taxıla ƏDV-nin tətbiq olunmasını görüb. Sabir Vəliyev deyir ki, ötən il ölkədə 2,5 milyon tona yaxın taxıl yığılıb. Ancaq bu məhsulun 1,5 milyon tonu hələ də anbarlarda satılmamış qalır. Bu isə fermerləri narahat edir: “Kəndlilər məhsulu sata bilmədiklərindən əkin sahələrinə əlavə vəsait ayırmaqda çətinlik çəkir. Əlverişli hava şəraiti, əkin sahələrinin vəziyyəti bu mövsümdə də bol taxıl olacağını göstərir. Amma buğdanın qiymətinin aşağı düşməsi torpaq sahibləri üçün müəyyən problemlər yaradıb”.
Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri istehsal etdikləri məhsulu sata bilməyən fermerlərin də üzləşdiyi problemin həlli istiqamətində tədbirlər görüləcəyini bildirirlər. Belə ki, yeni hazırlanan qaydalara görə, şəxsi təsərrüfatlarda fermerlərin öz tələbatlarından artıq qalan taxılı dövlət onlardan pulla alacaq. Alınan taxıl isə ehtiyat üçün dövlətin nəzarətində olan anbarlarda saxlanılacaq. Bunun üçün dövlət büdcəsindən ayrılmış 70 milyon manat hesabına regionlarda xüsusi terminallar inşa olunur. Digər tərəfdən əlavə dəyər vergisi yenidən tətbiq edilməklə, idxal olunan taxılın həcmi azaldılacaq və fermerlər istehsal etdikləri məhsulu rahat şəkildə sata biləcəklər.
Xatırladaq ki, Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı”na taxıl məhsulları da əlavə edilib. Belə ki, dünya bazarında taxılın bahalaşması ilə əlaqədar hökumət ölkədə çörək məhsullarının qiymətinin tənzimlənməsi məqsədilə idxal olunan taxıl və buğdanın 2008-ci il yanvarın 15-dən əlavə dəyər vergisindən azad olunmasını qərara alıb. Ötən həftə isə kənd təsərrüfatı naziri İsmət Abbasov mətbuata açıqlamanda gələn aydan taxıl məhsullarına ƏDV-nin yenidən tətbiq ediləcəyini deyib. Hələlik isə Nazirlər Kabinetinin bu barədə rəsmi qərarı yoxdur.
Yeri gəlmişkən, Qazaxıstan və Azərbaycan hökumətləri arasında imzalanmış müqaviləyə əsasən, yaxın vaxtlarda bu ölkədən 8 min ton taxıl gətiriləcək. Bunun üçün Azərbaycan tərəfi Qazaxıstan şirkətlərinə 1 ton taxıla görə təxminən 255 dollar ödəyəcək.
Elxan SALAHOV

1933